Gəmidə 9 türk öldürüldü, sağ qalanları həbs isə gözləyir...
İsrail Türkiyəyə və dünyaya meydan oxumaqda davam edir
Qəzza sektoruna humanitar yardım aparan 6 gəmidən ibarət karvana hücum çəkən İsrail ordusu 10 nəfərin öldüyünü açıqlasa da, Kanal 2 televiziyası ölü sayının 20-yə çatdığını yazıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ölənlərin 9-u türkdür və onlar “Mavi Marmara” gəmisində öldürülüblər.
Yaralıların şəxsiyyəti hələ məlum deyil. İsrailin KANAL 10 televiziyası isə humanitar yardım aparan gəmilərdəki sağ qalmış şəxslərin həbsxanaya aparılması üçün hazırlıq görüldüyü, onların terrorçu kimi cəzalandırılacağı barədə məlumat yayıb.
İsrail hökuməti olayla bağlı xəbərlərin yayılmasına da artıq qadağa qoyub. Bu barədə İsrail dövlət radiosu xəbər yayıb.

565