Türkiyədən İsrailə nota
İsrail bu hərəkətinə görə cavab verəcək”
Türkiyə Xarici İşlər Nazirliyi İsrailə nota verib.
Lent.az-ın Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, notada bildirilir ki, Ankara Qəzza xalqına humanitar yardım aparan və göyərtəsində yaşlı, qadın və uşaqlar olmaqla, çoxlu sayda mülki şəxsin olduğu gəmilərə İsrail ordusunun güc tətbiq etməsinə, nəticədə ən azı 2 nəfərin ölməsi və 30 nəfərdən çox insanın yaralanmasına ən ağır şəkildə etirazını bildirir.
Notada vurğulanır ki, İsrail bu hərəkəti ilə insan həyatını və sülh cəhdlərini heçə saydığını bir daha ortaya qoyub: “İsrailin insanlığa zidd addımlarını şiddətlə qınayırıq. Açıq dənizlərdə baş verən, beynəlxalq hüququn kobud surətdə pozulmasına yol açan bu olay Türkiyə-İsrail münasibətlərində düzəldilməsi mümkün olmayan nəticələr doğuracaq. İsrailin Ankaradakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ondan təcili izahat tələb edilir. Səbəbi nə olursa olsun, barış məqsədi güdən mülkim insanlara qarşı belə hərəkət qəbul edilə bilməz. İsrail bu hərəkətinə görə cavab verəcək”.
Bu arada İsrail hökuməti isə baş verənlərdən təəssüfləndiyini bildirib.

Oxşar yazılar

Ermənistanda ATIŞMA: yaralılar var
9 iyun 2025 , 03:02
Tramp-Mask qarşıdurması buna görə səngiyibmiş
8 iyun 2025 , 19:46
Bir gündə daha 108 nəfər öldü
8 iyun 2025 , 16:24
“Hörümçək toru” əməliyyatı ilə bağlı yeni məlumatlar: Rusiya əslində neçə təyyarə itirib?
8 iyun 2025 , 14:36
Məşhur aktyor 9 qadına qarşı cinsi zorakılıqda ittiham olunur
8 iyun 2025 , 13:34
Bu ölkədə müdafiə naziri dəyişdi
8 iyun 2025 , 13:13
Los-Ancelesdə iğtişaşlar - Tramp bölgəyə Milli Qvardiyanı göndərdi-YENİLƏNİB
8 iyun 2025 , 11:23