İsrail türk gəmilərini vurdu! – 10 ölü, 30 yaralı
Gəmilərlə əlaqə kəsilib
İsrail ordusu bu gecə saat 4:30 radələrində Qəzza sektoruna humanitar yardım aparan 6 gəmidən ibarət karvana hücum çəkib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Qəzza sektoruna gedən gəmilərə İsrail əsgərləri vertolyotdan enib və atəş açıblar.
İlkin məlumatlara görə, 2 nəfər ölüb, 30 nəfər yaralanıb. İsraillilər 1 gəmini sıradan çıxarıblar. Hücum anında gəmilər İsrailin sahil sularından 70 mil uzaqlıqda olub. Hücumdan sonra gəmilərlə əlaqə kəsilib. Gəmilərdə 70 nəfər könüllü var. Onların arasında Avropa Parlamentinin deputatları, jurnalistlər, 1976-cı ildə Nobel sülh mükafatına layiq görülmüş Şimali İrlandiyalı Mairead Corrigan Maguire də var.
İsrailin Ankaradkı səfiri Gaby Levi Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Yaxın saatlarda Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatının yayılması gözlənilir. İstanbulda İsrail konsulluğunun qarşısında minlərlə insanın iştirak etdiyi etiraz aksiyası başlayıb.
Qeyd edək ki, HƏMAS Qəzza sektorunda 3 il əvvəl hakimiyyətə gəlib və bundan sonra İsrail Qəzza zolağını blokadaya alıb. İsrail humanitar yük daşıyan gəmiləri Qəzza sektoruna buraxmayacağını bəyan etmişdi. Ancaq heç kəs İsrailin silaha əl atacağını gözləmirdi.

Oxşar yazılar

Türkiyədə əfsanəvi dövlətə məxsus türbə tapıldı - Yeganə nümunədir
9 iyun 2025 , 12:18
Ermənistanda ATIŞMA: yaralılar var
9 iyun 2025 , 03:02
Tramp-Mask qarşıdurması buna görə səngiyibmiş
8 iyun 2025 , 19:46
Bir gündə daha 108 nəfər öldü
8 iyun 2025 , 16:24
“Hörümçək toru” əməliyyatı ilə bağlı yeni məlumatlar: Rusiya əslində neçə təyyarə itirib?
8 iyun 2025 , 14:36
Məşhur aktyor 9 qadına qarşı cinsi zorakılıqda ittiham olunur
8 iyun 2025 , 13:34
Bu ölkədə müdafiə naziri dəyişdi
8 iyun 2025 , 13:13