İran ərəb dövlətlərindən gileylənir
26 may 2010 15:30 (UTC +04:00)

İran ərəb dövlətlərindən gileylənir

Qonuş ərəb dövlətləri ilə İran arasında çeşidli sahələr üzrə problemlər yaşanmaqdadır.

Lent.az-ın “mignews”-a istinadən məlumatına görə, İran İnqilab Keşikçilər Qvardiyasının keçmiş komandanı Yəhya Rəhim Səfəvi ərəb dövlətlərinin İslam Respublikasında “dini qarşıdurma toxumu səpdiyini” söyləyib.

Qvardiya generalının sözlərinə görə, körfəzdəki dövlətilərdən bəziləri İranda, özəlliklə, İranın Sistan-Bəlucistan əyalətindəki əhali arasında dini qarşıdurma toxumu səpir.

Y.Səfəvi deyib: “İran İslam İnqilab Keşikçiləri Qvardiyası və təhlükəsizlik xidməti düşmənin bu yöndə törətdiyi cinayət işlərinin üstünü açmaq üçün əzmlə çalışıb”.

Qeyd edək ki, Səfəvi hazırda İranın ali lideri ayətulla Xamneyinin hərbi məsələlər üzrə baş məsləhətçisidir.

Yeri gəlmişkən, Sistan-Bəlucistan əhalisi sünni məzhəblidir. Onların bir hissəsi Pakistan və Əfqanıstandadır. Bəluclar uzun illərdir Tehran hakimiyyətinə qarşı mübarizə aparır. Bu yaxınlarda onların liderlərindən biri - bəlucların azadlığı uğrunda mübarizə aparan “Cundullah”ın lideri Əbdülmalik Riki həbs edildi.

2009-cu ilin oktyabrında İranın cənub-şərqində, Sistan-Bəlucistan əyalətində bu silahlı təşkilatın törətdiyi partlayış zamanı 50 nəfər həlak olmuşdu. Tehran “Cundullah”ın ABŞ və Britaniya xüsusi xidmət orqanları tərəfindən maliyyələşdirildiyini bildirir.

İslam Respublikasının rəsmi informasiya vasitələrinin yaydığı xəbərə görə, Ə.Riki ABŞ-ın xüsusi xidmət orqanları ilə əlaqədə olduğunu etiraf edib. Bununla bağlı lent yazısı İranın “Press TV”-sində nümayiş etdirilib. Məlumata görə, amerikalılar onunla Barak Obama prezident olandan sonra əlaqə qurub. Onlar “Cundullah” liderinə Əfqanıstan ərazisində hərbi təlim bazası yaratmağa söz veriblər. Əməkdaşlığın detalları ABŞ-ın Qırğızıstandakı “Manas” hərbi bazasında müzakirə olunmalı imiş. Riki onu da “bildirib” ki, Amerika “Taliban” və “əl-Qaidə”ni deyil, İranı başlıca düşmən sayır.

Əbdülmalik Riki həbs olunduqdan sonra qurumun keçirdiyi iclas «Condulla»ya yeni lider seçib. Təşkilatın yeni sədri Məhəmmədzəfər Bəlucdur.

İran hakimiyyətindəki bəzi dairələr və dünyanın çeşidli KİV-i «Condulla»nı («Allahın döyüşçüləri») «sünni terrorçuları» adı altında təqdim edir. Ehtimal etmək olar ki, bu məqsədlidir. Çünki İran əsasən şiə dövləti sayılır. Beynəlxalq səviyyədə təbliğatın bu şəkildə qurulması perspektivdə İranda sünni – şiə qarşıdurması yaradılmasına zəmin hazırlanmasından xəbər verir.

«Condulla» İran və Pakistan ərazisində fəaliyyət göstərir. Onlar üç ölkənin İran, Paksitan və Əfqansıtanda yaşayan bəlucların birləşməsi və ya milli haqlarının təmin edilməsi uğuranda mübarizə aparır. Bu qurum Bəlucistan Milli Müqavimət Hərəkatının tərkib hissəsidir. Hərəkatın liderləri əvvəllər siyasi –mədəni, dinc mübarizə aparmağa üstünlük versə də, Tehran hakimiyyətinin Sistan-Bəlucistanda «narkotik maddələrin qaçaqlmaldçılığına qarşı mübarizə» adı altında keçirdiyi hərbi əməliyyatlar zamanı bəlucların milli –siyasi fəallarını «narkoman» adlandırıb, damğalayır, həbs və edam edirdi. Vəziyyətin bu yerə çatdığını görən bəlucların milli fəalları İran hakimiyyətinə qarşı silahlı mübarizəyə üstünlük verməyə məcbur olub. Bəzi məlumatlara görə, onların 2000 nəfərlik hazırlıq görmüş silahlı qüvvəsi var.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 509

Oxşar yazılar