İranda 1000 kişi əxlaqsızlığa görə tutulub
İran hökuməti ötən həftələrdə zorlama, təhqir, və s. bu sayaq cinayətlərdə suçlandırılan 20 nəfərin edam hökmünün icrasını təsdiqləyib.
Lent.az-ın İran KİV-ə istinadən məlumatında bildirilib ki, mayda İslam Respublikasının polisi keçirdiyi reyd nəticəsində Tehranın və başqa şəhərlərin yoxsullar yaşayan məhəllələrində 1000 nəfər kişini həbs edib. Bu reyd “mənəvi pozğunluğa qarşı mübarizə” kampaniyası çərçivəsində keçirilir.
Xatırladaq ki, İran məhkəməsinin sözçüsü Əlirza Cəmşidi bu günlərdə bildirib ki, edam hökmləri “zorakılığa, dini müqəddəsləri təhqir edənlərə və ibnələrə tətbiq olunacaq”.
Sözügedən 1000 nəfər kişinin arasında homoseksuallığa görə tutulanların olub-olmadığı bəlli deyil.
Qeyd edək ki, ibnəlik İranın cinayət məcəlləsində “Allaha qarşı çıxmaq kimi” dəyərləndirilir. Məsələn, ötən ilin iyulunda Xuzistan əyalətindən olan 15 yaşlı Mahmud Əsgəri və 17 yaşlı Ayaz Marxuni İslam qanunlarının pozulmasında, ibnəlikdə suçlandırılaraq, əhalinin gözü qarşısında edam olunmuşdular. Dinə görə, eyni cinsdən olanların biri-biri ilə cinsi əlaqəsi və nikahı yasaqdır.
Sədrəddin Soltan

Oxşar yazılar

Ermənistanda ATIŞMA: yaralılar var
9 iyun 2025 , 03:02
Tramp-Mask qarşıdurması buna görə səngiyibmiş
8 iyun 2025 , 19:46
Bir gündə daha 108 nəfər öldü
8 iyun 2025 , 16:24
“Hörümçək toru” əməliyyatı ilə bağlı yeni məlumatlar: Rusiya əslində neçə təyyarə itirib?
8 iyun 2025 , 14:36
Məşhur aktyor 9 qadına qarşı cinsi zorakılıqda ittiham olunur
8 iyun 2025 , 13:34
Bu ölkədə müdafiə naziri dəyişdi
8 iyun 2025 , 13:13
Los-Ancelesdə iğtişaşlar - Tramp bölgəyə Milli Qvardiyanı göndərdi-YENİLƏNİB
8 iyun 2025 , 11:23