Amerika kəşfiyyatının rəhbəri istefa verdi
21 may 2010 14:15 (UTC +04:00)

Amerika kəşfiyyatının rəhbəri istefa verdi

Tənqidlərə məruz qalan Bleyrin istefası 28 maydan etibarən keçərli sayılacaq
ABŞ Milli Kəşfiyyat Təşkilatının direktoru Denis Bleyr istefa verib. Bleyr istefasının 28 maydan etibarən qüvvəyə minəcəyini bildirib.
Lent.az trt.net.tr saytının Azərbaycan versiyasına istinadla bildirir ki, istefada olan donanma admiralı rütbəsi daşıyan Bleyr 11 sentyabr terrorundan sonra yaradılan Milli Kəşfiyyat Təşkilatının üçüncü direktoru idi. 16 aydır bu postu tutan Bleyrin əsas vəzifəsi 16 kəşfiyyat qurumunun fəaliyyətini koordinasiya etmək idi.
Milli Kəşfiyyat Təşkilatı ötən yeni ildən öncə 11 sentyabr terroru ilə bağlı axtarışda olan bir nəfərin “Detroit” təyyarəsinə minməsi səbəbilə sərt qınaq obyektinə çevrilmişdi.
# 449

Oxşar yazılar