İranın mübadilə sazişinə dair məktubu hazırdır
Tehran məktubun ən qısa zamanda Beynəlxalq Atom Enerjisi Təşkilatına göndəriləcəyini açıqlayıb
İran uran mübadiləsinə dair məktubun hazır olduğunu və Beynəlxalq Atom Enerjisi Təşkilatına təqdim ediləcəyini açıqlayıb.
Lent.az trt.net.tr saytının Azərbaycan versiyasına istinadla xəbər verir ki, İran Atom Enerjisi Təşkilatı başqanı Əli Əkbər Salehi Vyana qrupu ilə uranın mübadiləsini nəzərdə tutan İran, Türkiyə və Braziliya arasında imzalanan sazişlə bağlı məktubun ən qısa müddətdə Beynəlxalq Atom Enerjisi Təşkilatına göndəriləcəyini söyləyib.
İranın bu sazişlə səmimiyyətini və uzlaşma tərəfdarı olduğunu ortaya qoyduğunu deyən Salehi "Amerikalılar İranın, Türkiyə və Braziliya ilə anlaşmayacağını, bu ölkələrin Tehrandan əliboş dönməyəcəyini düşünürdülər" deyib.
İran yetkilisi ABŞ-ın bütün dünyanı İrana qarşı birləşdirmə səylərinin bu sazişlə suya düşdüyünü qeyd edib.
5+1 ölkələri ilə nüvə müzakirələrinin zamanının müəyyənləşmədiyini deyən Salehi danışıqların Türkiyədə aparıla biləcəyini söyləyib.

Oxşar yazılar

Ermənistanda ATIŞMA: yaralılar var
9 iyun 2025 , 03:02
Tramp-Mask qarşıdurması buna görə səngiyibmiş
8 iyun 2025 , 19:46
Bir gündə daha 108 nəfər öldü
8 iyun 2025 , 16:24
“Hörümçək toru” əməliyyatı ilə bağlı yeni məlumatlar: Rusiya əslində neçə təyyarə itirib?
8 iyun 2025 , 14:36
Məşhur aktyor 9 qadına qarşı cinsi zorakılıqda ittiham olunur
8 iyun 2025 , 13:34
Bu ölkədə müdafiə naziri dəyişdi
8 iyun 2025 , 13:13
Los-Ancelesdə iğtişaşlar - Tramp bölgəyə Milli Qvardiyanı göndərdi-YENİLƏNİB
8 iyun 2025 , 11:23