Seks kaseti ilə bağlı şok açıqlama
Beynəlxalq Kriminal Bürosunun rəhbəri: “Mütəxəssislər baldır, bel və tükləri də müqayisə edib, bu iki kişi fərqli insanlardır"
London və Türkiyədə ofisləri olan Beynəlxalq Kriminal Bürosunun rəhbəri Uğur Kurtulan CHP lideri Dəniz Baykalla bağlı qalmaqallı seks kaseti barədə açıqlama verib.
Lent.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, o deyib ki, Dəniz Baykalın müraciəti əsasında Beynəlxalq Kriminal Büro kaseti araşdırıb.
Onun sözlərinə görə, araşdırma kasetdəki şəxslərin dəniz Baykal və CHP-nin xanım millət vəkili Nesrin Baytok olmadığını üzə çıxarıb: “Görüntülərin kriminal araşdırmasını apardıq. Cinsi əlaqəyə girdikləri iddia olunan bədənin morfoloji izləri ilə Dəniz Baykalın Nesrin Baytokla yan-yana olduqları videogörüntü araşdırıldı. Burada Dəniz Baykalla Nesrin Baytok arasında cinsi əlaqə olmadığı qənaətindəyik. Birmənalı və qəti qənaətimiz odur ki, görüntülər montajdır. Görüntülər 2 bölümdən ibarətdir. Birinci bölümdə kişi zəif və uzun boylu, ikinci bölümdə kişi daha qısa boyludur. Mütəxəssislər baldır, bel və tükləri də müqayisə edib, bu iki kişi fərqli insanlardır".
Uğur Kurtulan qeyd edib ki, kasetdəki qadının bədəninin ölçüsü və quruluşu da Nəsrin Baytokla uyğun gəlmir: “Kasetdəki insanların Dəniz Baykal və Nesrin Baytok olduğunu sübut etmək mümkün deyil. Kaset montajdır”.

Oxşar yazılar

ABŞ-ın Yaponiyadakı hərbi bazasında PARTLAYIŞ: yaralananlar var
9 iyun 2025 , 08:38
Ermənistanda ATIŞMA: yaralılar var
9 iyun 2025 , 03:02
Tramp-Mask qarşıdurması buna görə səngiyibmiş
8 iyun 2025 , 19:46
Bir gündə daha 108 nəfər öldü
8 iyun 2025 , 16:24
“Hörümçək toru” əməliyyatı ilə bağlı yeni məlumatlar: Rusiya əslində neçə təyyarə itirib?
8 iyun 2025 , 14:36
Məşhur aktyor 9 qadına qarşı cinsi zorakılıqda ittiham olunur
8 iyun 2025 , 13:34
Bu ölkədə müdafiə naziri dəyişdi
8 iyun 2025 , 13:13