Yaxın Şərqdə yeni savaş təhdidləri
Bu istiqamətdə çeşidli dövlətlərin hazırlıq işlərinə başladığı da ehtimal olunur.
Bu günlərdə İran rəsmiləri bəyan etdi ki, Livan ordusunu hərbi avadanlıq və raketlərlə təmin etməyə hazırdır. Bu bildirişin ardınca Fransa da oxşar mövqedən çıxış etdi.
Lent.az-ın Livanda çıxan «əs-Səpir» qəzetinə istinadən məlumatına görə, rəsmi Paris Livan ordusuna 100 ədəd «Hot» markalı tank əleyhinə raket verməkdən imtina edib. Qəzet Livandakı hərbi çevrələrə istinad edərək, Fransanın raket tədarükünü dayandırmasına ABŞ-ın Parisə basqılarının səbəb olduğunu yazıb.
Mənbə qeyd edib ki, Livan-İsrail sərhədində baş vermiş sonuncu silahlı toqquşma zamanı İsrail ordusunun bir zabitinin və bir neçə Livan hərbçisinin həlak olması Vaşinqtonun bu addımı atmasına təsir göstərib.
Xatırladaq ki, ötən həftə Fransa Livana «Gazelle» vertolyotunda quraşdırılan 100 yeni raket verəcəyini boyun olmuşdu. İsrail bu tədarükü dondurmağı istəmişdi. Paris isə Livanla 2008-ci ildə bağladığı müqaviləyə əsasən həmin raketləri göndərməyi planlaşdırdığını bildirmişdi. Düzdür, bununla yanaşı Fransa rəsmiləri qeyd etmişdilər ki, ölkə rəhbərliyi Yaxın Şərq bölgəsində sabitliyin qorunmasının dəstəklənməsində də məsuliyyətini hiss edir.
Küveytdə çıxan «əl-Rai» qəzeti yazıb ki, Suriya ordusu ilə terrorçu «Hizbullah» hərəkatı arasında «əməliyyatlar məsələsi sahəsində anlaşma əldə edilib». Anlaşmaya əsasən İsrailə qarşı hərbi əməliyyatlar başlayacağı halda fəaliyyətin əlaqələndirilməsi nəzərdə tutulub. Həmin anlaşmaya görə, əlaqələndirmə Suriya Baş qərargahından tutmuş döyüş bölgəsindəki komandirlərə qədər bütün səviyyədə hərbçiləri əhatə edəcək.
Bundan başqa tərəflər kəşfiyyat sahəsində də sıx əməkdaşlıq edəcəklərini bu məqsədlə «İsrail ərazisində bazanın yaradılmasını» da razılaşdırıblar. İsrail obyektlərinin vurulması da Suriya ordusu və «Hizbullah» arasında müəyyənləşdirilib. Qəzetin yazdığına əsasən, tərəflər ortaq əməliyyat qərargahı yaratmağı da razılaşdırıblar.
«Hizbullah» və Suriya ordusunun əsas hədəfi İsrailin aviabazasına və hava limanına önləyici zərbələr endirməkdir. Bununla da İsrailin başlıca üstünlüyünün - havadan hücumunun qarşısının alınması başlıca məqsəd sayılır. Yəhudi dövlətinin Hərbi Hava Qüvvələri haqda informasiya əldə etməyi Suriya ordusu öhdəsinə götürüb. İsrail baza və hava limanlarının bombalanmasına cavabdeh isə «Hizbullah»dır.
Ehtimallara əsasən, bu sayaq əməliyyatın arxasında İran hakimiyyətinin durduğu da istisna edilmir. İsraildə çıxan «Jerusalem Post»da «Əhmədinijatın hesablamaları» başlıqlı yazıda İslam Respublikası hökumətinin başçısı Mahmud Əhmədinijatın son zamanlar İsrail dövlətinə qarşı çıxışlarına cavab verilib.
Yazı müəllifi Tehran təmsilçisinin «İsrail çox zəifdir və İranı vurmağa onun cürəti çatmaz» deyiminə cavab olaraq, yazıb ki, Əhmədinijat yəhudi dövlətinin yeni tarixini yaxşı bilmir: «İsrail ordusu 1981-ci ildə İraqda, Osirakidəki nüvə obyektlərini və 2007-ci ildə Suriyada Deyr əz-Zuru tərəddüd etmədən bombalamışdı. Əhmədinijat dözümlülüyü və praqmatizmi qorxaqlıq kimi qəbul edir».
Qəzetin yazdığına görə, İranın hökumət başçısı general Yova Qalantın SAXAL-ın baş qərargah rəisi təyin edilməsindən çox rahatsız olmalıdır. İsraildə onu çox iradəli və qətiyyətli komandir kimi tanıyırlar. O, İrana qarşı hücumu icra etməyə hazır hərbiçi sayılır. Bunun üçün general siyasi rəhbərliyin qərarını gözləyir.
«Jerusalem Post»un redaksiya məqaləsində daha sonra bildirilib: «Sanksiyaların işləmədiyini İsrail müəyyənləşdirsə, eləcə də İranın yəhudi dövlətini məhv etmək istəyi haqda məlumat əldə etsə, o zaman bizmi liderlər istəməsələr belə, məcburi əməliyyata başlayacaq».
Müəllifin fikrincə, yəhudilərin çoxu İsrailə toplaşıb və onlar qurduqları dövlətin «dağıdılmasını və yeni soyqırımın baş verməsini» müşahidə etməyəcək. Məqalədə «İsrail ona görə yaradılmayıb ki, ayətullahlar onu məhv eləsin» - deyə, vurğulanıb.
Sədrəddin Soltan

604