Rusiya və Çin ABŞ-la razılığa gəldi
19 may 2010 14:00 (UTC +04:00)

Rusiya və Çin ABŞ-la razılığa gəldi

Tehran yalnız ölkənin deyil, beynəlxalq ictimaiyyətin də etimadını itirib. Bu baxımdan, nüvə yanacağı mübadiləsi ilə bağlı Braziliya və Türkiyə ilə imzaladığı birgə anlaşmanın mürəkkəbi qurumamış ABŞ, Britaniya, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, habelə Avropa Birliyinin təmsilçiləri “Tehran müqaviləsi”nə şübhə ilə yanaşdı.

Ağ Evin rəsmi nümayəndəsi Bill Berton bu gün keçirdiyi mətbuat konfransında deyib ki, Türkiyə və Braziliya ilə İslam Respublikası arasında razılaşma imzalansa da ABŞ İrana təzyiqləri davam etdirəcək: “Tehran atom-nüvə proqramı ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirənədək biz İrana qarşı bütün basqı vasitələrindən istifadə edəcəyik”.

ABŞ-ın dövlət katibi Hillari Klintonun sözlərinə görə, İran yenə də zənginləşdirilmiş uran toplamaqdadır, bu isə “Tehrandakı araşdırma reaktorunun təhlükə mənbəyi olaraq qalması deməkdir”. Amerikalı diplomat Rusiyanın da onları dəstəklədiyini vurğulayıb. O, Rusiya və Çinlə İrana qarşı yeni sanksiyanın 4-cü mərhələsində razılığa gəldiklərini söyləyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı həmkarı ilə telefon danışığı zamanı İrana qarşı sanksiya layihəsinə dair razılı əldə etdiklərini təsdiqləyib. Onun sözlərinə görə, bundan sonra BMT Təhlükəsizlik Şurasında fəaliyyəti davam etdirmək lazımdır.

Çinin BMT TŞ-dakı təmsilçisi Li Baodun bəyan edib ki, sanksiyanın əsas məqsədi “İranı danışıqlar masasına oturtmaqdır”.

Yeni sanksiya layihəsinin əsası belədir:

- İranın yük gəmilərinin liman və açıq dənizdə yeni qaydada yoxlanılması. Bu zaman həmin gəminin nüvə silahına aidiyyatı olan sursat daşımasından şübhələnilərsə, saxlanılıb araşdırılmalıdır;
- İrana tank, zirehli döyüş maşınları, döyüş təyyarələri, hərbi əmilər və başqa ağır silah satılması yasaqdır;
- Nüvə silahının yayılmasında istənilən şəkildə əli olan İran bankları filialların, törəmə şirkətlərin açılması qadağandır;
- Nüvə silahının yayılmasında əli olan istənilən anlaşma üzərində nəzarət gücləndirilsin;
- xarici banklarda hesabı dondurulacaq İran İslam İnqilab Keşikçiləri Qvardiyası üzvlərinin siyahısını genişləndirmək.

Sədrəddin Soltan
# 485

Oxşar yazılar

Şoyqu həbs edilən  müavinini vəzifəsindən uzaqlaşdırdı

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırdı

25 aprel 2024 , 00:48
ABŞ-da "TikTok" qadağan edildi

ABŞ-da "TikTok" qadağan edildi

24 aprel 2024 , 21:54
Navalnıya görə işdən çıxarıldı

Navalnıya görə işdən çıxarıldı

24 aprel 2024 , 11:47
Panamada güclü zəlzələ  baş verdi

Panamada güclü zəlzələ baş verdi

24 aprel 2024 , 08:27
Argentina iranlı nazirin  həbs edilməsini tələb etdi

Argentina iranlı nazirin həbs edilməsini tələb etdi

24 aprel 2024 , 07:47
Hindistan ballistik raketi  sınaqdan keçirdi

Hindistan ballistik raketi sınaqdan keçirdi

24 aprel 2024 , 06:52
Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edildi

Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edildi

24 aprel 2024 , 05:43
Rüşvət almaqda  şübhəli bilinən nazir müavini SAXLANILDI

Rüşvət almaqda şübhəli bilinən nazir müavini SAXLANILDI

23 aprel 2024 , 22:34