Ərəblər daha qızları yandırmayacaqlar
Səudiyyə Ərəbistanında indiyədək paltarı “dini qaydalara uyğun olmayan” qızlar yanaraq ölürmüşlər
Səudiyyə Ərəbistanında maraqlı bir qərar qəbul olunub. Lent.az-ın məlumatına görə, bundan sonra yanğın zamanı dini qaydalara uyğun geyimdə olmayan qızların xilas edilə biləcək.
Belə ki, Səudiyyə Ərəbistanının din polisi hələ 2002-ci ildə Məkkədəki bir məktəbdə yanğından qaçmağa çalışan 15 qız uşağına “dini qaydalara uyğun geyinmədiklərinə görə” bayıra çıxmağa icazə verilməyib. Həmin vaxt qızlar yanaraq ölüb.
Ölkə mətbuatı yazır ki, ölkənin Təhsil Nazirliyi hadisədən 8 il sonra lazımi dərs çıxararaq, belə qızların yanğın zamanı bacardıqları kimi bayıra çıxmasına və xilasedicilər tərəfindən xilas edilməsinə icazə verib.
Şahidlərin bildirdiyinə görə, 2002-ci ildəki faciə zamanı din polisləri binadan çıxmağı bacaran qızları “dini qaydalara uyğun geyinmədiklərinə görə” döyərək yenidən yanan məktəbə salmış, onlar isə orada yanaraq ölmüşdü. Həmçinin, xilasedicilərə həmin qızlara toxunmaq qadağan edilmişdi. Həmin vaxt hadisə ölən qızların ailələri və mətbuat məsələyə kəskin reaksiya vermişdi.
Səudiyyə Ərəbistanında din polislərinə bir sıra maraqlı səlahiyyətlər verilib. Onlar qaydalarla davranmayan qadınları döyə və həbs edə bilər.
Bu ölkədə qızların təhsil aldığı məktəblərə kişilərin girməsi qadağandır və yalnız qadın müəllimələr dərs keçir. Qız şagirdlər məktəb binalarında baş örtüyü və çarşabdan istifadə etmir.

534