Muğanda Güney Azərbaycan Milli Hərəkatının üç təəssübkeşi tutulub
İranda 22 may hadisələrinin ildönümü yaxınlaşdıqca Tehran hakimiyyəti Güney Azərbaycan türklərinin milli haqlarının təmin olunmasını tələbə edənlərə qarşı təzyiqləri artırır.
Xatırladaq ki, 2006-cı il mayın 22-də Tehran çıxan “İran” adlı rəsmi qəzetdə türkləri təhqir edən material dərc edilmişdi. Hakimiyyətə məxsus mətbuatda çap olunmuş bu şəklə Güney Azərbaycanda, eləcə də Tehranda Azərbaycan türkləri etiraz aksiyası keçirmişdi.
Lent.az-ın “butovazerbaycanbirliyi”-nə istinadən məlumatına görə, Parsabadda (əsl adı Muğan) Güney Azərbaycan Milli Hərəkatının bir neçə təəssübkeşi həbs edilib. Məlumatda bildirilir ki, Ramin Cabbari, Nadir Əzizi və Hafiz Sərdarpur mayın 17-də ETTELAAT-ın yerli şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Hər üç hərəkat təəssübkeşinin yaşadığı mənzilə təhlükəsizlik xidmətinin məmurları hücum edərək, sanksiya olmadan evlərində axtarış aparıblar. Yoxlama zamanı onların şəxsi kompüterini, çoxlu sayda kitabları və başqa şəxsi əşyalarını ETTELAAT-çılar özləri ilə aparıb. Mənbənin bildirdiyinə görə, axtarış zamanı Ramin Cabbari, Nadir Əzizi və Hafiz Sərdarpurun ailə üzvləri dövlət məmurları tərəfindən təhqirə və hədələrə məruz qalıblar.
Sədrəddin Soltan

587