ABŞ, Fransa və Kanada İrana idxalatı azaldıb
İrana qarşı ehtimal olunan yeni sanksiyaya görə bir sıra dövlətlər bu ölkə ilə iqtisadi-ticarət əlaqələrini azaldıb.
Lent.az-ın İSNA-ya istinadən məlumatına görə, 2009-cu il martın 21-dən bu ilin uyğun tarixinə qədər olan müddət ərzində İslam Respublikası Hollandiya, Oman və Qatardan ötən illə müqayisədə daha çox məhsul idxal edib. Ancaq bir ildə ABŞ, Fransa və Kanada ilə bu istiqamətdə azalma müşahidə olunub.
Ötən il İran ABŞ-dan 222 milyon dollar həcmində 166 min ton çeşidli mal idxal edib. Ondan biri il öncə isə Amerikadan idxalat 567 milyon dollarlıq 923 min ton məhsul olub.
Hesablamalara əsasən, ötən il idxalatda ABŞ-ın payı ən azdır.
Fransadan həmin müddətdə 1 milyard 677 milyon dollarlıq, 167 min ton mal idxal edilib. Bir öncə bu rəqəm uyğun olaraq, 1 milyard 992 milyon dollar və ya 449 min ton olub.
Kanadadan idxalatın həcmi ötən il 310 milyon dollarlıq 607 min ton məhsul təşkil edib. Ondan bir il öncə uyğun olaraq, 672 milyon dollar və ya bir milyon 411 min tonluq məhsul idxal olunub.
Bir il öncəki ilə müqayisədə ötən il İran ən çox Hollandiyadan mal idxal edib. Ötən il bir milyard 89 milyon dollarlıq və ya bir milyon 362 milyon ton məhsul idxal olunub. Ondan bir il öncə bu rəqəm uyğun olaraq, 534 milyon dollar və ya 177 min ton təşkil edib.
Omandan idxalat belə olub – ötən il 236 milyon dollarlıq 312 min ton, bir il öncə bu rəqəm 144 milyon dollar, 59 min ton. Qatar da isə ötən il 69 milyon dollar, 114 min ton, bir il öncə bu rəqəm 30 milyon dollar 36 min ton təşkil edib.
Sədrəddin Soltan

Oxşar yazılar

ABŞ-ın Yaponiyadakı hərbi bazasında PARTLAYIŞ: yaralananlar var
9 iyun 2025 , 08:38
Ermənistanda ATIŞMA: yaralılar var
9 iyun 2025 , 03:02
Tramp-Mask qarşıdurması buna görə səngiyibmiş
8 iyun 2025 , 19:46
Bir gündə daha 108 nəfər öldü
8 iyun 2025 , 16:24
“Hörümçək toru” əməliyyatı ilə bağlı yeni məlumatlar: Rusiya əslində neçə təyyarə itirib?
8 iyun 2025 , 14:36
Məşhur aktyor 9 qadına qarşı cinsi zorakılıqda ittiham olunur
8 iyun 2025 , 13:34
Bu ölkədə müdafiə naziri dəyişdi
8 iyun 2025 , 13:13