ABŞ: “Sanksiyaya hazırlıq prosesi davam edir”
Tehranda Braziliya, Türkiyə və İran arasında İslam Respublikası üçün nüvə yanacağının mübadiləsinə dair anlaşma beynəlxalq ictimaiyyət tərəfindən birmənalı qarşılanmır.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına əsasən, Ağ Evin mətbuat katibi Robert Gibbs bildirib ki, sözügedən müqavilə Tehran hakimiyyətinə qarşı sanksiyanın hazırlanması prosesinə təsir göstərməyib: “İranı götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur etmək üçün atacağımız addım (sanksiya tətbiqi – S.S.) dəyişməyib”.
Onun sözlərinə görə, İranın uranın zənginləşdirməsini davam etdirməsi BMT Təhlükəsizlik Şurası qətnamələrinin pozulmasıdır: “Az saflaşdırılmış uranın üçüncü ölkədə mübadiləsi İran üçün müsbət haldır. Ancaq İslam Respublikası bu gün uranı 20 faizədək zənginləşdirəcəyini bəyan edib”.
İsrailin baş naziri Benyamin Netanyahu isə rəhbərlik etdiyi hökumətin üzvlərinə tapşırıb ki, anlaşmaya dair heç bir açıqlama verməsinlər.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin təmsiçisi Cill Tüdor anlaşmanın mətnini aldıqlarını deyib: “Biz İrandan sənəddə göstərilənlərə əmələ edəcəyini gözləyirik”. Onun sözlərinə görə, Tehran bu öhdəliyi yerinə yetirəcəyini yazılı şəkildə təsdiqləməlidir.
Avropa Birliyinin ali komissarı Ketrin Eşton razılaşmanı alqışlayaraq, düzgün addım atıldığını söyləsə də əlavə edib ki, bu sənəd İranın atom-nüvə proqramının əsil mahiyyətini göstərmədiyindən, mövcud mübahisəli məsələləri də həll etmir.
Avropa Birliyinin prezidenti German Van Rompey öz növbəsində Tehranı atom planı ilə bağlı beynəlxalq ictimaiyyətin şübhələrini aradan qaldırmağa çağırıb.
Sədrəddin Soltan

Oxşar yazılar

ABŞ-ın Yaponiyadakı hərbi bazasında PARTLAYIŞ: yaralananlar var
9 iyun 2025 , 08:38
Ermənistanda ATIŞMA: yaralılar var
9 iyun 2025 , 03:02
Tramp-Mask qarşıdurması buna görə səngiyibmiş
8 iyun 2025 , 19:46
Bir gündə daha 108 nəfər öldü
8 iyun 2025 , 16:24
“Hörümçək toru” əməliyyatı ilə bağlı yeni məlumatlar: Rusiya əslində neçə təyyarə itirib?
8 iyun 2025 , 14:36
Məşhur aktyor 9 qadına qarşı cinsi zorakılıqda ittiham olunur
8 iyun 2025 , 13:34
Bu ölkədə müdafiə naziri dəyişdi
8 iyun 2025 , 13:13