Milyarderin qara günü
Çinin ən varlı adamı 14 il azadlıqdan məhrum edildi
Çində “GOME” şirkətinin yaradıcısı, ölkənin ən varlı adamı olan Xuan Quanyuyu 14 il azadlıqdan məhrum edilib. Lent.az-ın “Associated Franss Press” agentliyinə istinadən verdiyi məlumata görə, o, rüşvətxorluqda və qanunsuz informasiya əldə edilməsində ittiham olunub.
Milyarder 88 milyon (600 milyon yuan) dollar cərimə də ödəməlidir. Hökumət Xuan Quanyuyunun 30 milyon dollarlıq (200 milyon yuan) mülkünü də müsadirə edib.
Qeyd edək ki, milyarder 2008-ci ilin noyabrında saxlanılıb və az sonra şirkətin rəhbərliyindən ayrılıb. Həbsxanada olduğu müddətdə özünə sui-qəsd etməyə cəhd göstərib.
Xuan Quanyuyu biznesini quran zaman əlində maliyyə olmayıb. Məktəbi atıb və 30 il əvvəl kommersiya düşərgəsi açıb. Daşınmaz əmlak bazarında kapital qoyuluşunda bacarıqla iştirak edən Xuan Quanyuyu mağaza imperiyası qurub. Bura Çin ərazisində 1300 mağaza daxildir. Həbsinə qədər onun varidatı 6,3 milyard dollar həcmində qiymətləndirilib. O, 2008-ci ildə Çinin ən varlı adamları siyahısında ilk yeri tutub.

Oxşar yazılar

ABŞ-ın Yaponiyadakı hərbi bazasında PARTLAYIŞ: yaralananlar var
9 iyun 2025 , 08:38
Ermənistanda ATIŞMA: yaralılar var
9 iyun 2025 , 03:02
Tramp-Mask qarşıdurması buna görə səngiyibmiş
8 iyun 2025 , 19:46
Bir gündə daha 108 nəfər öldü
8 iyun 2025 , 16:24
“Hörümçək toru” əməliyyatı ilə bağlı yeni məlumatlar: Rusiya əslində neçə təyyarə itirib?
8 iyun 2025 , 14:36
Məşhur aktyor 9 qadına qarşı cinsi zorakılıqda ittiham olunur
8 iyun 2025 , 13:34
Bu ölkədə müdafiə naziri dəyişdi
8 iyun 2025 , 13:13