Rusiya XİN səfirliyə hücuma sərt reaksiya verdi
Avqustun 30-da axşam saatlarında Minskdəki Rusiya səfirliyinə hücumla bağlı Rusiya Xarici İşlər Nazirliyi bəyanat verib.
Lent.az-ın Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bəyanatda qeyd olunur ki, avqustun 30-da axşam naməlum şəxslər Rusiya səfirliyinin ərazisinə içərisində yandırıcı maddə olan iki butulka atıblar, səfirlik əməkdaşlarından xəsarət alanlar yoxdur.
Rusiya Xarici İşlər Nazirliyi olayı təxribat aktı kimi qiymətləndirib: “Müəyyən qüvvələr Rusiya səfirliyinin normal işinə mane olmaq, iki ölkənin münasibətlərində inamsızlıq və gərginlik yaratmağa cəhd göstərirlər. Rusiya tərəfi olayla bağlı operativ və diqqətlə təhqiqat aparılmasında, cinayətin təşkilatçılarının və icraçılarının cəzalandırılmasında israr edir. İnanırıq ki, Belorus hüquq-mühafizə orqanları belə aksiyalara bir daha yol verilməməsi üçün gələcəkdə lazımi tədbirlər görəcəklər”.

573