Adı Dəniz Baykalla seks qalmaqalında hallanan deputat soyunacaq
17 may 2010 11:45 (UTC +04:00)

Adı Dəniz Baykalla seks qalmaqalında hallanan deputat soyunacaq

CHP lideri Dəniz Baykalın istefasına yol açan qalmaqallı seks kaseti ilə bağlı növbəti addım atılır.

Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, kasetdə Dəniz Baykalla otaqdakı qadın olduğu iddia edilən CHP millət vəkili Nəsrin Baytok özünü müdafiə etmək və iddiaların yalan olduğunu üzə çıxarmaq üçün hərəkətə keçib.

Xanım millət vəkili kasetdəki yataq səhnələrindəki qadının o olmadığını və bunun montaj olduğunu sübut etmək üçün anatomiya raportu alacaq. Bunun üçün Nəsrin Baytok bədənini ölçdürəcək və internetdə yayımlanan kasetdəki qadının bədəni ilə qarşılaşdıracaq. O, bunun üçün anatomiya, antropoloq və informasiya-kommunikasiya texnologiyaları mütəxəssislərinin qapısını döyəcək.

Nəsrin Baytok kasetdəki qadının bədəninin öz bədəni ilə müqayisə edilməsi üçün soyunacaq və çılpaq şəkildə kamera qarşısına keçəcək. Millət vəkili müqayisə aparılması üçün diz qapağı və topuq arasını ölçdürəcək, eyni zamanda bel çevrəsi, üz, qol, ayaq, bud, boy ölçmələri apartdıracaq. Daha sonra da kasetdə o olduğu iddia edilən qadının bədəni ilə öz bədənini eyni ölçüdə böyütdürüb, müqayisə etdirəcək. Bu müddətdə Nəsrin Baytok kompüter mühəndisi olan həyat yoldaşı Can Baytokdan dəstək alacaq.

Xatırladaq ki, bu müqayisə metodundan məşhur “Avatar” filmində istifadə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 718

Oxşar yazılar