Tehran hakimiyyəti mayın 22-nə hazırlaşır
14 may 2010 19:00 (UTC +04:00)

Tehran hakimiyyəti mayın 22-nə hazırlaşır

2006-cı il mayın 22-də İranda baş vermiş olayların 4-cü ildönümüdür. Həmin gün dinc etiraz aksiyası keçirən Güney Azərbaycan türkləri Tehran hakimiyyətinin silahlı qüvvələri ilə üz-üzə qaldı. Onlarla dinc aksiya iştirakçısı bu qüvvələr tərəfindən öldürüldü, yüzlərlə insan yaralandı, minlərlə etirazçı həbs olundu. Onların bir hissəsi bu günə kimi həbsxanadadır.

Xatırladaq ki, həmin günlərdə İran İslam Respublikası hakimiyyətinə bağlı “İran” adlı rəsmi dövlət qəzeti Azərbaycan türklərini aşağılayan material dərc etmişdi. Buna etiraz edənlərə isə hakimiyyət zor tətbiq etmişdi. Qəzet bir neçə aylığa bağlansa da, hazırda fəaliyyət göstərir. “İran”da həmin materialı yerləşdirən jurnalisti Tehran Dubaya yolladı.

Özünü təhqirdən qoruduğu üçün hakimiyyətin silahlıları tərəfindən qətlə yetirilmiş Azərbaycan gənclərinin anım günü yaxınlaşır. Ölkə rəhbərliyi isə bununla bağlı mərasimin keçirilməsinin qarşısını indidən almaqdadır.

Ötən gün Güney Azərbaycan türklərinin milli haqlarının təminini istəyən sahibkar Əlirza Hüseynzadənin iş yerinə – dükanına ETTELAAT məmurları basqın edib.

Lent.az-ın “butovazerbaycanbirliyi”-inə istinadən məlumatında bildirilib ki, Ə.Hüseynzadə mayın 11-də Təbrizin “Nisfrah” küçəsindəki dükanında İran İslam Respublikası təhlükəsizlik orqanının əməkdaşları tərəfindən tutulub. Bundan sonra ETTELAAT məmurları onun yaşadığı evdə qanunsuz axtarış aparıb, Hüseynzadəyə məxsus CD-ləri, kitablarını, Təbrizin “Traktorqayırma” futbol klubunun mənzildəki plakatlarını və başqa şəxsi əşyalarını müsadirə ediblər.

Ə.Hüseynzadənin həyat yoldaşı olay baş verən zaman evdə olmadığını, evə gələndə ərindən tutulması barədə qeyd gördüyünü deyib. Bundan sonra o, yerli polis və ETTELAAT şöbələrinə müraciət etsə də ona məlumat verilməyib.

Qeyd edək ki, Əlirza ötən il “Traktorqayırma”nın posterlərini çap etdirdiyinə görə həbs olunmuşdu. Bir müddət saxlandıqdan sonra girov qarşılığında sərbəst buraxılmışdı.

Sədrəddin Soltan
# 465

Oxşar yazılar

Alimlər 150 dəqiqə ərzində sintetik almaz  yaratdılar

Alimlər 150 dəqiqə ərzində sintetik almaz yaratdılar

25 aprel 2024 , 06:15
Londonda süvari birliyindən qaçan atlar  dörd nəfəri yaralayıb

Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb

25 aprel 2024 , 05:15
Şoyqu həbs edilən  müavinini vəzifəsindən uzaqlaşdırdı

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırdı

25 aprel 2024 , 00:48
ABŞ-da "TikTok" qadağan edildi

ABŞ-da "TikTok" qadağan edildi

24 aprel 2024 , 21:54
Navalnıya görə işdən çıxarıldı

Navalnıya görə işdən çıxarıldı

24 aprel 2024 , 11:47
Panamada güclü zəlzələ  baş verdi

Panamada güclü zəlzələ baş verdi

24 aprel 2024 , 08:27
Argentina iranlı nazirin  həbs edilməsini tələb etdi

Argentina iranlı nazirin həbs edilməsini tələb etdi

24 aprel 2024 , 07:47
Hindistan ballistik raketi  sınaqdan keçirdi

Hindistan ballistik raketi sınaqdan keçirdi

24 aprel 2024 , 06:52