Medvedev Türkiyədən əliboş qayıdır
Rusiya prezidenti Dmitri Medvedev Türkiyə səfəri zamanı əsas istəyinə nail ola bilməyib.
Lent.az-ın “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, gündəmdəki əsas məsələ Qara dənizin dibi ilə çəkiləcək Cənub Axını qaz kəmərinin Türkiyənin sahil sularından keçməsinə Ankaranın icazə verməsi ilə bağlı olub.
Qəzet yazır ki, Dmitri Medvedevin niyyəti Türkiyəyə səfəri zamanı “Cənub Axını” qaz kəməri layihəsi üzərində birgə işlə bağlı sənəd, yəni şərtlərin yer aldığı yol xəritəsi imzalamaq olub. Ancaq Türkiyə bu sənədi imzalamaqdan imtina edib.
Qeyd edək ki, Qara dəniz sahilləri turizm sektoru ilə bağlı Türkiyə üçün xüsusi əhəmiyyət daşıyır və keçən ilin avqustunda Rusiyanın baş naziri Vladimir Putinin Ankaraya səfəri zamanı burada geoloji araşdırma aparılması üçün icazə alınıb. Səfərdən öncə Rusiya mətbuatı yazırdı ki, Türkiyə bu kəmərlə ötürüləcək qazın 28 milyard kubmetrini 10 faiz ucuz almağı planlaşdırır, bunun əvəzində “Qazproma” Türkiyədə yeraltı qaz anbarları, qazla işləyən elektrik stansiyası tikməyə imkan, Türkiyənin qaz nəqli sisteminin özəlləşməsində iştirak etməyə şərait yaratmaq vəd olunur. Ancaq belə görünür ki, tərəflər razılığa gələ bilməyiblər.
Xatırladaq ki, “Cənub Axını” Orta Asiya və Azərbaycan qazını Avropaya daşımaq üçün nəzərdə tutulmuş “Nabucco” layihəsinin əsas alternatividir.

Oxşar yazılar

ABŞ-ın Yaponiyadakı hərbi bazasında PARTLAYIŞ: yaralananlar var
9 iyun 2025 , 08:38
Ermənistanda ATIŞMA: yaralılar var
9 iyun 2025 , 03:02
Tramp-Mask qarşıdurması buna görə səngiyibmiş
8 iyun 2025 , 19:46
Bir gündə daha 108 nəfər öldü
8 iyun 2025 , 16:24
“Hörümçək toru” əməliyyatı ilə bağlı yeni məlumatlar: Rusiya əslində neçə təyyarə itirib?
8 iyun 2025 , 14:36
Məşhur aktyor 9 qadına qarşı cinsi zorakılıqda ittiham olunur
8 iyun 2025 , 13:34
Bu ölkədə müdafiə naziri dəyişdi
8 iyun 2025 , 13:13