Rusiya səfirliyinə hücum olub
31 avqust 2010 12:53 (UTC +04:00)

Rusiya səfirliyinə hücum olub

Avqustun 30-dan 31-nə keçən axşam Minskdəki Rusiya səfirliyinə içərisində yandırıcı maddə olan 2 butulka atılıb. Lent.az-ın “Rosbalt” agentliyinə istinadən verdiyi məlumata görə, olayı Belorus Fövqəladə Hallar Nazirliyi təsdiqləyib.

Butulkalardan biri səfirlik ərazisində dayanmış xidməti avtomobillərdən birinin üzərinə düşüb. Nəticədə avtomobil yanıb. Xəsarət alan yoxdur. Olayın adi xuliqanlıq hərəkəti olduğu, yoxsa məqsədli şəkildə törədildiyi araşdırılır.

Qeyd edək ki, bu olay Minsk və Moskva arasında münasibətlərin kəskinləşməsi fonunda baş verib. Avqustun ortalarında Rusiya prezidenti Dmitri Medvedev belorus həmkarı Aleksandr Lukaşenkonu verdiyi vədi verməməkdə və indiyə qədər Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımamaqda günahlandırıb. Aleksandr Lukaşenko isə Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyacağı barədə söz vermədiyini, Dmitri Medvedevin onun sözlərini təhrif etdiyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 655

Oxşar yazılar