Dəniz Baykal: “Əlimdə məlumatlar və sənədlər var...”
“İctimaiyyətimiz mənimlə bağlı olayın iqtidarın təşkilatçılığı ilə qurama bir iş olduğuna inandı. Bu hadisə Türkiyədə telefon dinləmələri ilə başlayan mərhələnin zirvəsi oldu. İnsanlar ortada bel altından vuran, rəqiblərinə qarşı təxribat hazırlayan bir iqtidar olduğunu gördü”.
APA-nın xəbərinə görə, bu sözləri “Sabah” qəzetinə açıqlamasında Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri vəzifəsindən istefa vermiş Dəniz Baykal deyib. D. Baykal başına gələn olayla bağlı əlində məlumatlar və sənədlər olduğunu bildirib: “Lakin hazırkı mərhələdə bunları açıqlamaq istəmirəm. Sənədləri iş başındakı bu iqtidara təqdim etmək olmaz. Çünki bu iqtidara və hüquq sisteminə güvənmirəm. Proseslər fərqli şəkildə cərəyan edərsə, bizə qarşı qovğa-döyüş başlayarsa, bildiklərimi ictimaiyyətə elan edəcəyəm”.
D. Baykal istefasından sonra yaranan mənzərə qarşısında çox təsirləndiyini də əlavə edib: “Ortaya çıxan sentimental reaksiyalar məni çox şaşırtdı. Evimin önündə aclıq edənlər var. Çox acı bir mənzərədir. Mənə telefon edib aclığa başlayacaqlarını söylədilər. “Lütfən etməyin” dedim, əngəlləməyə çalışdım. Cavab verdilər ki, ilk dəfə sizin təlimatınızı yerinə yetirməyəcəyik. Gecə yarısı “İnadına Baykal!” deyə qışqırırlar. Nəvəm “baba, çıx onlara bir salam ver” dedi. Çıxa bilmədim, amma ürəyim onlarla bərabərdir”.
Qeyd edək ki, CHP gənclər təşkilatının fəalları D. Baykalın Ankaradakı evinin qarşısında aclıq aksiyası keçirərək onun istefa qərarından vaz keçib, partiyanın başına dönməsini tələb edirlər.

Oxşar yazılar

ABŞ-ın Yaponiyadakı hərbi bazasında PARTLAYIŞ: yaralananlar var
9 iyun 2025 , 08:38
Ermənistanda ATIŞMA: yaralılar var
9 iyun 2025 , 03:02
Tramp-Mask qarşıdurması buna görə səngiyibmiş
8 iyun 2025 , 19:46
Bir gündə daha 108 nəfər öldü
8 iyun 2025 , 16:24
“Hörümçək toru” əməliyyatı ilə bağlı yeni məlumatlar: Rusiya əslində neçə təyyarə itirib?
8 iyun 2025 , 14:36
Məşhur aktyor 9 qadına qarşı cinsi zorakılıqda ittiham olunur
8 iyun 2025 , 13:34
Bu ölkədə müdafiə naziri dəyişdi
8 iyun 2025 , 13:13