Sərnişin təyyarəsi yandı
186 sərnişin evakuasiya olunub
Bu gecə Amstredam aeroportunda Portuqaliyanın Faru kurort şəhərinə uçmağa hazırlaşan “Boeing 737” markalı sərnişin təyyarəsi yanmağa başlayıb.
Lent.az-ın “Ria-Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, yanğın təyyarənin mühərriklərinin birində başlayıb.
186 sərnişin evakuasiya edilib, sərnişinlərin 2-si yüngül xəsarət alıb. Bu arada o da məlum olub ki, artıq İslandiyada püskürən vulkanın külünün ölkə ərazisinə yaxınlaşması ilə əlaqədar Portuqaliya hava məkanını təyyarə reysləri üçün bağlı elan edib. Bu səbəbdən də Faru şəhərində istirahət etməyə hazırlaşan “Boeing 737” markalı təyyarənin sərnişinləri ən azı bu gün saat 15:00-a qədər Amstredamda gözləməli olacaqlar.

658