“Casus”ların anaları İrana gedəcək
İran hakimiyyəti amerikalı turistlərin analarına həbsdə olan övladlarına baş çəkməyə icazə verib.
Lent-az-ın Rusiya mediasına istinadən məlumatına görə, İslam Respublikasının xarici işlər naziri Mənuçehr Müttəki Kütləvi qırğın silahının yayılmamasına həsr edilmiş beynəlxalq konfransda iştirak etmək üçün Nyu-Yorkda səfərdə olarkən bildirib ki, təmsil etdiyi hakimiyyət “humanitar davranışı həmişə rəhbər tutub”.
Mənbənin məlumatında vurğulanıb ki, turistlərin anaları nazirlə görüşmək istəsələr də İran tərəfi bu təmasdan imtina edib.
Analar iranlı diplomatın bəyanatından sevindiklərini bildiriblər. Bununla belə, onlar İslam Respublikasına səfər üçün viza almaqdan ötrü rəsmi təsdiqi də gözləməlidir.
Xatırladaq ki, 2009-cu il iyulun 31-də İran-İraq sərhədində üç turist amerikalı tutulmuşdu. Şeyn Baver, Sara Şord və Coşua Fettal ABŞ-ın xeyrinə casusluqda şübhəli bilinərək, İranda həbsxanada saxlanılırlar. Saxlanılanlar yaxınları vasitəsi ilə bildirmişdilər ki, onlar dağa səyahət edərkən İraqın şimalındakı dağlarda azıblar.
Vaşinqton isə israrla bəyan edir ki, ABŞ vətəndaşlarına qarşı bütün ittihamlar əsassızdır.
İslam Respublikasının kəşfiyyat məsələləri üzrə naziri Heydər Məhsuli İran PressTV-sinə müsahibəsində onların qanunsuz olaraq, sərhədi keçdiyini söyləyib.
ABŞ dövlət departamentinin təmsilçisi Filip Krouli isə ölkəsinin kəşfiyyat qurumları ilə həmin şəxslərin əlaqəsi olmadığını vurğulayıb.
Tutulanlardan birinin, Sara Şordun anası İranın ali rəhbəri ayətulla Xamneyiyə müraciət edərək, övladı və onun dostlarının səhvən İran ərazisinə keçdiklərini, onların “İrana zərər vurmaq niyyətində olmadıqlarını” bildirib.
Sədrəddin Soltan

Oxşar yazılar

Ermənistanda ATIŞMA: yaralılar var
9 iyun 2025 , 03:02
Tramp-Mask qarşıdurması buna görə səngiyibmiş
8 iyun 2025 , 19:46
Bir gündə daha 108 nəfər öldü
8 iyun 2025 , 16:24
“Hörümçək toru” əməliyyatı ilə bağlı yeni məlumatlar: Rusiya əslində neçə təyyarə itirib?
8 iyun 2025 , 14:36
Məşhur aktyor 9 qadına qarşı cinsi zorakılıqda ittiham olunur
8 iyun 2025 , 13:34
Bu ölkədə müdafiə naziri dəyişdi
8 iyun 2025 , 13:13
Los-Ancelesdə iğtişaşlar - Tramp bölgəyə Milli Qvardiyanı göndərdi-YENİLƏNİB
8 iyun 2025 , 11:23