Ərdoğan seks kasetindən xəbərdar imiş...
Türkiyənin baş nazirini müavini pis vəziyyətdə qoydu
Ərdoğanın Baykalla bağlı qalmaqallı seks kasetindən 2 gün əvvəl xəbəri olub.
Lent.az-ın “CNN Türk”ə istinadən verdiyi məlumata görə, dünən gecə Cengiz Çandar və Hasan Cemalin aparıcısı olduğu "Təcrübə Danışır" proqramına qatılan AKP sədrinin müavini Ömər Çəlik şok effekti doğuracaq açıqlama verib.
Ömər Çəlik bildirib ki, Dəniz Baykalla bağlı kaset xəbəri hələ 2 gün əvvəl, mayın 5-də Türkiyə Böyük Millət Məclisində Konstitusiyaya əlavə və dəyişikliklər müzakirə olunarkən baş nazir Rəcəb Tayyib Ərdoğana çatdırılıb: “Mən həmin vaxt baş nazirin yanında idim. Bu xəbəri öyrənən Rəcəb Tayyib Ərdoğan dərhal müvafiq qurumlara bu şantajı edənlərin tapılması tapşırığını verdi”.
Qeyd edək ki, qalmaqallı kasetin görüntüləri mayın 7-də internetdə yerləşdirilib. Türkiyə mətbuatı kaset üzə çıxmazdan əvvəl baş nazirin bundan xəbərdar olmasının suallar yaratdığını qeyd edir. Üstəgəl, hökumətin öncədən məlumatlı olmasına baxmayaraq, kasetin internetdə yerləşdirilməsi diqqət çəkməyə bilməz.

611