Tehran hakimiyyəti mücahidlərin liderinin öldüyünü deyir
Lent.az-ın «MIGnews»-a istinadən məlumatında bildirilib ki, Rəcəvinin öldüyü haqda xəbərlər İran İslam İnqilab Keşikçiləri Qvardiyasının üzvləri arasında SMS ilə yayılıb. Bu məlumat İranın hakimiyyətyönlü saytlarında da yerləşdirilib.
Qeyd edək ki, bu təşkilat 1979-cu il inqilabında fəal iştirak edən siyasi qüvvələrdəndir. Təşkilatın qurucusu Şeyx Məhəmməd Xiyabaninin qohumlarından biri Musa Xiyabani olub. O, aytətulla Xomeyninin hakimiyyəti illərində qətl yetirildikdən sonra təşkilatda müəyyən qarışıqlıq yarandı. Bununla yanaşı, mücahidlərdə ayətulla Xomeyniyə inam itdiyindən, ona müxalifətə keçdilər. Belə bir durumda təşkilat dağılma təhlükəsi ilə üzləşdi. O zaman mücahidlər «iç inqilab» adlı bir prosesdən keçdilər. Bir müddət sonra təşkilatın təşəbbüsü ilə «Müqavimət hərəkatı» adlı birlik yaradılır. Məsudun həyat yoldaşı Məryəm Rəcəvi (o, həm də hərəkat adından İranın baş naziri kimi tanınır) Birliyin başçısı seçilir. Məsud Rəcəvi isə mücahidlərin mənəvi lideri olur.
Həmin dövrdən başlayaraq, təşkilatın lideri Məsud Rəcəvi olur. Uzun illərdir ki, İXMT-nin silahlı qolu İraqda yerləşir. İran-İraq savaşı zamanı onlar Səddam Hüseynə yardım ediblər. Mücahidlər bunu Tehran hakimiyyətinə qarşı silahlı savaşın tərkib hissəsi kimi dəyərləndirirlər.
Mənbənin məlumatına əsasən, 2003-cü ildən bəri Rəcəvinin yaşadığı yer barədə tutarlı məlumat yoxdur. Bəzi mülahizələrə görə, o, Bağdadda şiə məhbəslərindən birində saxlanılır. Başqa bir versiyaya əsasən Məsud Rəcəvi ABŞ-ın körfəzdəki 5-ci donanmasında və ya Bəhreyndəki hərbi-dəniz bazasındadır. Özünü «etibarlı mənbə» sayanların dediyinə görə, mücahidlərin mənəvi lideri İordaniyanın «gizli pollisi» tərəfindən həbs edilib.
Bütün bunlarla yanaşı, Xalq Mücahidləri Təşkilatı məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Müşahidəçilərin fikrincə, Məsud Rəcəvinin ölümü ilə bağlı hakimiyyətə bağlı informasiya qaynaqları belə xəbərləri tez-tez yayır.
Sədrəddin Soltan

Oxşar yazılar

İsrail-İran arasındakı müharibədə HAKERLƏRİN ROLU
13 iyun 2025 , 14:07
İsrail ordusu Təbriz və Şirazı bombalayır - VİDEO
13 iyun 2025 , 14:00
Xamenei SEPAH-a yeni komandan təyin etdi - YENİLƏNİB
13 iyun 2025 , 12:48
İranda internetə məhdudiyyət qoyuldu
13 iyun 2025 , 11:18
Xamenei gecəni bunkerdə keçirib
13 iyun 2025 , 10:56
Altı nüvə alimi öldü - İsrail İran münaqişəsinin qurbanları
13 iyun 2025 , 10:03
İran İsrailə 100 dron buraxdı - VİDEO
13 iyun 2025 , 09:22