İslandiyada vulkan yenidən püskürdü
04 may 2010 18:45 (UTC +04:00)

İslandiyada vulkan yenidən püskürdü

Avropanın köhnə dərdi təzələndi

İslandiyada vulkan yenidən püskürüb. Lent.az-ın “Skay New” telekanalına istinadən verdiyi məlumata görə, İslandiyadan vulkan külünün yaxınlaşması ilə əlaqədar İrlandiya hava məkanını təyyarə uçuşları üçün bağlayıb.

İrlandiyada hələlik daxili uçuşlara qadağa qoyulub, Böyük Britaniya və Avropa istiqamətində uçuşlar dayandırılmayıb.

İrlandiyadan sonra Şotlandiya da bir neçə rayonunda təyyarə uçuşlarını dayandırıb.

Qeyd edək ki, ötən ay İslandiyada vulkan püskürməsi bütün Avropada aviaəlaqənin iflic vəziyyətinə düşməsinə və milyardlarla dollar zərərə yol açmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 505

Oxşar yazılar