Güclü Günəş fırtınaları Yer kürəsini vuracaq
31 avqust 2010 10:11 (UTC +04:00)

Güclü Günəş fırtınaları Yer kürəsini vuracaq

2012-ci ildən etibarən Günəşdə Yer kürəsinə ciddi təsir göstərəcək partlayışlar baş verəcək. Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, bu barədə NASA xəbər yayıb.

2013-cü ildə bu partlayışlar daha da güclənəcək. Astronomlara görə, ümumilikdə 100 milyon atom bombasına ekvalent olan Günəş fırtınaları son 100 ildə baş verən ən güclü fırtınalar ola bilər. Buna baxmayaraq, NASA 2013-cü ildə qiyamət gününün və Yer kürəsinin məhv olacağı barədə proqnozları real saymır.

Astronom Deyv Reneke deyib ki, güclü Günəş fırtınaları xüsusən avianəqliyyat və rabitə şirkətləri tərəfindən nəzərə alınmalıdır. NASA-nın helyofizik bölməsinin direktoru professor Richard Fisher isə bildirib ki, güclü Günəş fırtınaları dünyada istifadə edilən fövqəladə durumlara hazırlıq və milli təhlükəsizlik sistemlərini sıradan çıxaracaq. O, bu səbəbdən də dünya dövlətlərini həmin sistemləri yeniləməyə çağırıb.

Astronomlar xatırladıblar ki, 1859 və 1921-ci illərdə baş verən güclü Günəş fırtınaları zamanı dünyada xaos yaşanıb, teleqraf xətləri işləməyib. NASA Günəş fırtınalarının 1-2 trilyon dollar ziyana yol açacağını, elektron sistemlərin yenidən qurulması üçün 4-10 il lazım gələcəyini proqnozlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 697

Oxşar yazılar