ABŞ və AB İranla bağlı BMT-dən cavab gözləyir
İran hakimiyyəti atom-nüvə proqrammı ilə bağlı hələ Qərblə dil tapa bilməyib. Lent.az-ın “Exo Moskvı” radiosuna istinadən məlumatına görə, Finlandiyanın xarici işlər naziri Aleksandr Stubb deyib ki, BMT Tehrana qarşı tədbir görməzsə, o zaman Avropa Birliyi və ABŞ birtərəfli qaydada İslam Respublikasına qarşı sanksiya tətbiq edəcək.
“Sanksiya artıq hazırdır. İndi əsas məsələ tətbiq olunacaq yasaqlarla bağlıdır. Avropa Birliyində sanksiyaların BMT tərəfindən başlanmasının daha məqsədəuyğun olduğu barədə müzakirə gedir. Bu baş tutmazsa, BMT ümumi sanksiyaları qəbul etməzsə, o halda AB və ABŞ-la birlikdə birtərəfli yasaqların tətbiqinə başlayacaq” - deyə, fin diplomat söyləyib.
Finlandiyalı nazirin fikrincə, İran hakimiyyəti beynəlxalq ictimaiyyətlə əməkdaşlıq etmək istəmir, eyni halda vaxtı uzadır. Stubb qeyd edib ki, “İran məsələsinin” həlli dünya ictimaiyyəti üçün vacibdir: “Yaxın Şərq sürətlə silahlansa, onda dünyada heç kim özünü təhlükəsiz hiss etməyəcək”.
Sədrəddin Soltan

Oxşar yazılar

Ermənistanda ATIŞMA: yaralılar var
9 iyun 2025 , 03:02
Tramp-Mask qarşıdurması buna görə səngiyibmiş
8 iyun 2025 , 19:46
Bir gündə daha 108 nəfər öldü
8 iyun 2025 , 16:24
“Hörümçək toru” əməliyyatı ilə bağlı yeni məlumatlar: Rusiya əslində neçə təyyarə itirib?
8 iyun 2025 , 14:36
Məşhur aktyor 9 qadına qarşı cinsi zorakılıqda ittiham olunur
8 iyun 2025 , 13:34
Bu ölkədə müdafiə naziri dəyişdi
8 iyun 2025 , 13:13
Los-Ancelesdə iğtişaşlar - Tramp bölgəyə Milli Qvardiyanı göndərdi-YENİLƏNİB
8 iyun 2025 , 11:23