İrana qarşı sanksiya Çində müzakirə edilir
Ötən həftənin sonunda İranın xarici işlər naziri Mənuçehr Müttəki Avstriyaya səfər edib. Bu ziyarəti çərçivəsində o, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukio Amano ilə görüş keçirib.
Ancaq yayılan xəbərlədən göründüyü kimi, müzakirələr nəticəsiz sonuclanıb. Lent.az-ın “Reuters”-ə istinadən məlumatına görə, ABŞ-ın dövlət katibi Hillari Klinton Avropa Birliyinin nümayəndəsi ilə görüşü ərəfəsində jurnalistlərə iranlı diplomatın agentlik başçısı ilə görüşdə “yeni təkliflə çıxış etmədiyini” söyləyib.
Amerikalı diplomat əlavə edib: “İran beynəlxalq öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Tehran rəhbərliyi götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün daha sərt sanksiyaların tətbiqi qaçılmazdır. Amerika öz müttəfiqləri ilə bu yöndə ciddi müzakirələr və işbirliyi aparmaqdadır”.
Fransa prezidenti Nikola Sarkozinin isə Çinə səfəri başlayıb. Rəsmi Parisin verdiyi açıqlamada bildirilir ki, Fransa lideri Çin rəhbərləri İrana qarşı tətbiq ediləcək sanksiyalar barədə yeni qətnamə layihəsini müzakirə edəcək.
Sədrəddin Soltan

Oxşar yazılar

Ermənistanda ATIŞMA: yaralılar var
9 iyun 2025 , 03:02
Tramp-Mask qarşıdurması buna görə səngiyibmiş
8 iyun 2025 , 19:46
Bir gündə daha 108 nəfər öldü
8 iyun 2025 , 16:24
“Hörümçək toru” əməliyyatı ilə bağlı yeni məlumatlar: Rusiya əslində neçə təyyarə itirib?
8 iyun 2025 , 14:36
Məşhur aktyor 9 qadına qarşı cinsi zorakılıqda ittiham olunur
8 iyun 2025 , 13:34
Bu ölkədə müdafiə naziri dəyişdi
8 iyun 2025 , 13:13
Los-Ancelesdə iğtişaşlar - Tramp bölgəyə Milli Qvardiyanı göndərdi-YENİLƏNİB
8 iyun 2025 , 11:23