Türkiyəyə gələn ermənilərin sayı artır
Azərbaycan Türkiyəyə turist göndərən ölkələr sırasında 7-ci yerdədir
Türkiyəyə bu ilin birinci rübündə gələn turistlərin statistikası açıqlanıb.
Lent.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, keçən ilin eyni dövrü ilə müqayisədə bu ilin birinci rübündə Türkiyəyə gələn turistlərin sayı 6,83 faiz artıb və 2 milyon 129 min 947 nəfərə çatıb.
Bu ilin mart ayında isə keçən ilin mart ayı ilə müqayisədə turistlərin sayında 10,35 faiz artım müşahidə olunub. Mart ayında Türkiyəni 786 min 653 turist ziyarət edib.
Ölkələr üzrə statistika da açıqlanıb. Türkiyəyə bu ilin birinci rübündə ən çox ziyarətçi Almaniyadan (16,53%) gəlib. Almaniyanı İran (13,86%), Bolqarıstan (7,93%) izləyir. Növbəti sıralarda Gürcüstan, Suriya, Rusiya, Yunanıstan, İngiltərə, Azərbaycan və Fransa yer alıb.
Mart ayında da Türkiyəyə ən çox turist Almaniyadan (18,45%) gəlib. İlk üçlükdə yenə də İran (16,96%) və Bolqarıstan (6,45%) izləyir. Növbəti yerlərdə Gürcüstan, Suriya, İngiltərə, Yunanıstan, Rusiya, Fransa və Azərbaycan gəlir.
Mart ayında Türkiyəyə gələn ermənilərin sayında da artım qeydə alınıb. Keçən ilin mart ayı ilə müqayisədə 12,24% artım olub. Əgər keçən ilin martında Türkiyəyə 2794 erməni gəlibsə, bu ilin martında bu rəqəm 3136 nəfərə çatıb. İlin birinci rübündə də keçən ilin eyni dövrü ilə müqayisədə Türkiyəyə gələn ermənilərin sayında 12,97 faiz artım olub. Başqa sözlə, əgər keçən ilin birinci rübündə Türkiyəyə 8197 erməni turist gəlibsə, bu ilin birinci rübündə bu ölkəyə 9260 erməni üz tutub.

Oxşar yazılar

Tramp-Mask qarşıdurması buna görə səngiyibmiş
8 iyun 2025 , 19:46
Bir gündə daha 108 nəfər öldü
8 iyun 2025 , 16:24
“Hörümçək toru” əməliyyatı ilə bağlı yeni məlumatlar: Rusiya əslində neçə təyyarə itirib?
8 iyun 2025 , 14:36
Məşhur aktyor 9 qadına qarşı cinsi zorakılıqda ittiham olunur
8 iyun 2025 , 13:34
Bu ölkədə müdafiə naziri dəyişdi
8 iyun 2025 , 13:13
Los-Ancelesdə iğtişaşlar - Tramp bölgəyə Milli Qvardiyanı göndərdi-YENİLƏNİB
8 iyun 2025 , 11:23
Qorxunc iddia: Rusiya Ukraynada hökumət binalarına hücum planı hazırlayır
8 iyun 2025 , 08:47