Ermənilər Tehranda aksiya keçirib
Aprelin 24-də ermənilər qondarma soyqırım iddiaları ilə bağlı dünyanın bir çox ölkələrində aksiya keçiriblər. Onlar bu tədbiri İranın paytaxtı Tehranda da gerçəkləşdirə biliblər.
Lent.az-ın İran KİV-ə istinadən məlumatında bildirilib ki, ermənilər küçələrə çıxaraq, Türkiyə və İsrailə qarşı şüarlar söyləməyə cəhd göstərib. Ancaq əvvəlki illərdən fərqli olaraq, bu dəfə Tehran polisi onların aksiyasının qarşısını alıb.
Bundan başqa, ermənilər Tehranda və ölkənin başqa şəhərlərindəki erməni kilsələrində mərasim keçiriblər.
Xatırladaq ki, ermənilər hər il kilsədə bu sayaq toplantı keçirirlər. Əvvəllər Tehran rəsmiləri də onların bu yığıncağına qatılırdı. Ermənilər küçələrdə türklərə qarşı şüarlar söyləyir, təhqiramiz ifadələr səsləndirirdilər. Bu ilki mərasimə İran hakimiyyəti türkləri sevdiyindən deyil, ölkədə qarşıdurmanın yarana biləcəyindən ehtiyatlanaraq qatılmayıb, ermənilərin kilsəyə toplaşması ilə kifayətlənib.
Yerli müşahidəçilərin fikrincə, baş verənlərdən belə çıxır ki, ermənilərin bu sayaq çıxışını hakimiyyət təşkil edirmiş: “Çünki onların yürüşü əvvəlki illərdəki kimi qələbəlik deyildi. Bu dəfə hakimiyyət onlara “mane” ola bildi”.
Sədrəddin Soltan

Oxşar yazılar

Tramp-Mask qarşıdurması buna görə səngiyibmiş
8 iyun 2025 , 19:46
Bir gündə daha 108 nəfər öldü
8 iyun 2025 , 16:24
“Hörümçək toru” əməliyyatı ilə bağlı yeni məlumatlar: Rusiya əslində neçə təyyarə itirib?
8 iyun 2025 , 14:36
Məşhur aktyor 9 qadına qarşı cinsi zorakılıqda ittiham olunur
8 iyun 2025 , 13:34
Bu ölkədə müdafiə naziri dəyişdi
8 iyun 2025 , 13:13
Los-Ancelesdə iğtişaşlar - Tramp bölgəyə Milli Qvardiyanı göndərdi-YENİLƏNİB
8 iyun 2025 , 11:23
Qorxunc iddia: Rusiya Ukraynada hökumət binalarına hücum planı hazırlayır
8 iyun 2025 , 08:47