İran BMT Şurası üzvlüyünə namizədlikdən imtina etdi
Bu günlərdə İran İslam Respublikası BMT-nin İnsan Haqları Şurasında təmsil olunmaq üçün quruma müraciət etmişdi.
Lent.az-ın “Reuters” və “Associated press”ə istinadən məlumatına görə, BMT məsulları bildiriblər ki, İran bu şurada təmsil olunan Asiya ölkələri nümayəndə heyətlərinə BMT-nin İnsan Haqları Şurasına üzvlük ərizəsini geri götürdüyü haqda məlumat verib. Qərb ölkələrinin bəzi diplomatları hesab edirlər ki, İslam Respublikası bu addımı səsvermə nəticələrinin onun əleyhinə olacağını bildiyi üçün atıb.
Xatırladaq ki, bir müddət öncə insan haqlarını müdafiə edən bir çox beynəlxalq təşkilatlar, eləcə də Nobel mükafatçısı, vəkil, əslən Güney Azərbaycanın Həmədan əyalətindən olan Şirin İbadi BMT-nin baş katibi Pan Gi Muna məktub göndərərək, ondan İrana səfər etməsini, seçki nəticələrinə etiraz aksiyalarının qanda boğdurulması faktları haqda araşdırma aparmasını, habelə İslam Respublikasının şuraya üzvlüyünə qarşı çıxmasını istəmişdilər.
İranın nüvə proqramı haqda müzakirələr aparmaq üçün yaxın gələcəkdə baş katibin bu ölkəyə səfər edəcəyi haqda xəbərlər yayılıb.
Qeyd edək ki, bu şuraya Asiya qitəsindən dörd ölkə - Malayziya, Maldiv, Qətər, Tailand eyni sayda yerə namizəd olaraq qalır. Səsvermə mayın 13-də BMT-nin ümumi yığıncağında keçiriləcək.
Sədrəddin Soltan

Oxşar yazılar

Tramp-Mask qarşıdurması buna görə səngiyibmiş
8 iyun 2025 , 19:46
Bir gündə daha 108 nəfər öldü
8 iyun 2025 , 16:24
“Hörümçək toru” əməliyyatı ilə bağlı yeni məlumatlar: Rusiya əslində neçə təyyarə itirib?
8 iyun 2025 , 14:36
Məşhur aktyor 9 qadına qarşı cinsi zorakılıqda ittiham olunur
8 iyun 2025 , 13:34
Bu ölkədə müdafiə naziri dəyişdi
8 iyun 2025 , 13:13
Los-Ancelesdə iğtişaşlar - Tramp bölgəyə Milli Qvardiyanı göndərdi-YENİLƏNİB
8 iyun 2025 , 11:23
Qorxunc iddia: Rusiya Ukraynada hökumət binalarına hücum planı hazırlayır
8 iyun 2025 , 08:47