Bir ayda 40 min hüquq pozuntusu
İrandakı və xaricdəki insan hüquq müdafiəçiləri hər ay İslam Respublikasında bu yöndə pozuntulara dair hesabatlar verirlər.
Lent.az-ın “butovazerbaycanbirliyi”-nə istinadən məlumatına görə, bu ölkədə insan haqlarının geniş şəkildə pozulması ilə bağlı faktları, məlumat toplamaq həddindən artıq çətindir. Bu zaman hüquq müdafiəçiləri təqib və təzyiqlərə məruz qalsa da, bütün basqıları nəzərə alaraq, davamlı surətdə fəaliyyət göstərir, baş verən pozuntular haqda beynəlxalq ictimaiyyətə məlumat çatdırırlar.
Mənbə bu çətinliyə diqqət çəkərək bildirib ki, bu baxımdan, məlumatlar hüquq pozuntularının hamısını əks etdirməyə bilər. Bununla belə, İranda insan haqlarının qorunması sahəsində fəaliyyət göstərənlərin topladıqları məlumata əsasən, ötən bir ay ərzində ölkədə 38879 hüquq pozuntusu faktı qeydə alınıb.
Ay ərzində 37519 işçinin, 537 tələbənin, 255 siyasi-mədəni fəalın hüququnun pozulması faktı qeydə alınıb, 34 nəfər barəsində ölüm hökmü çıxarılıb, 259 siyasi-mədəni fəalın həbsxanada işgəncəyə məruz qalması, 7 nəfərin öldürülməsi faktı, fars olmayan 124 nəfərin, özəlliklə Güney Azərbaycan türklərinin milli-mədəni haqlarını tələb edən azərbaycanlının hüququnun pozulması faktı, habelə dini azlıqların, xüsusən 68 nəfər bəhainin dini inancına görə haqqının pozulması faktı müşahidə edilib.
Mənbə qeyd edib ki, Novruz bayramından sonra ölkənin çeşidli universitetlərində təhsil alan 469 tələbə fərqli düşündükləri üçün təhsil aldıqları ali təhsil müəssisələrindən qovulub. Bütün bunlarla yanaşı, hüquq müdafiəçilərinin və bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatların müraciətlərinə baxmayaraq, ötən bir ayda 28 nəfər dar ağacından asılıb. Onlarla hüquq müdafiəçisi tutularaq, qondarma ittihamlarla həbs edilib, bir çox hüquq müdafiəçisinin isə taleyi və saxlanıldığı yer barədə xəbər yoxdur.
Məlumatda bildirilib ki, rejim məmurlarının etiraf etdiyinə görə, təcridxana və həbsxanalarda saxlanılanlara, məhbuslara verdiyi işgəncə nəticəsində 4 nəfər həlak olub. Ancaq müstəqil mənbələrin məlumatında bu rəqəmin qat-qat çox göstərilir. Son bir ayda məhbuslar hüquqlarının pozulmasına etiraz əlaməti olaraq aksiya keçirib, ölkənin çeşidli zindanlarında 34 belə fakt qeydə alınıb.
Sədrəddin Soltan

511