Osmanlının son padşahının 100 illik məktubunun sirri açıldı
22 aprel 2010 15:30 (UTC +04:00)

Osmanlının son padşahının 100 illik məktubunun sirri açıldı

Yəhudilər Qüdsü satması üçün II Abdülhamidə 150 milyon ingilis qızılı təklif edibmiş...
100 il əvvəl ittihadçılar tərəfindən taxtdan salınaraq Selanikə sürgün edilən Osmanlı padşahı II Abdülhamidin həmin dönəmdə Suriyada Şeyx Mahmud əbu Şamata yazdığı məktub üzə çıxıb.

Lent.az-ın “Cihan” agentliyinə istinadən verdiyi məlumata görə, agentliyə açıqlama verən Şeyx Mahmud əbu Şamatın nəvəsi Ammar əbu Şamat deyib ki, böyük məbləğdə pul təklifi müqabilində 100 il əvvəl yazılmış məktubu satmayıblar və artıq məktubu Suriya prezidenti Bəşər Əsədə təqdim ediblər.

Məktubun surəti “Cihan” agentliyinə də təqdim olunub. Məktubda II Abdülhamid yazır ki, ittihadçıların və yəhudilərin bütün israrlarına, yəhudilərin 150 milyon ingilis qızıl pulu təklifinə baxmayaraq Qüdsü satmaqdan imtina edib. Sultan yəhudiləri hüzurundan qovub. II Abdülhamid Fələstində yəhudilərə torpaq vermədiyi üçün taxtdan salındığını bildirib. Sultan bu məktubu mühafizəçisi ilə gizlicə Dəməşqdə olan Şeyx Mahmud əbu Şamata göndərib.

II Abdülhamidə məktub yazan Şeyx Mahmud əbu Şamat da “sən müsəlmanların və xilafətin əmanətinə xəyanət etməmisən, buna görə də Allah səndən razı olsun” deyə cavab yazıb. Cavab məktubu da Suriya prezidentinə təslim edilib. 100 illik məktub Şeyx Mahmud əbu Şamatın yaxınları tərəfindən bu günə qədər əmanət kimi xüsusi qorunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 571

Oxşar yazılar