Molla Həsəninin “pantürkçülüyü”
Tehran hakimiyyəti fars olmayan etnik qrupları biri-birinə qarşı qoymaqdadır. Bu baxımdan, İslam Respublikasının yürütdüyü belə siyasətə ən çox uyan eyforik durumda olan İran kürdləridir.
Tehran da onların bu halından məharətlə yararlanaraq, bölgənin yerli əhalisini, Azərbaycan türklərini kürdlərə qarşı qaldırmağa cəhd göstərməkdədir.
Lent.az-ın “baybak”-a istinadən məlumatına görə, höccətülislam Qulamrza Həsəni “pankürdlərin qarşısında ancaq pantürklərin dayana bildiyini” söyləyib.
Güney Azərbaycanın Nəğədə (əsl adı Sulduzdur) şəhərinin imam cüməsi və İranın ali rəhbəri ayətulla Xamneyinin yerli nümayəndəsi olan Həsəni ötən gün çıxışında Azərbaycanın milli düşüncəli insanlarını, özəlliklə Sulduzdakı gəncləri dəstəklədiyini vurğulayaraq, deyib ki, kürd terrorçuluğuna qarşı “güclü milli düşüncə gərəkdir”.
Xatırladaq ki, höccətülislam Qulamrza Həsəni İranda Molla Həsəni kimi məşhurdur.
İslam inqilabının ilk illərində kürdlərin Azərbaycana, özəlliklə Sulduz bölgəsinə silahlı hücumlarının qarşısında dayananlardan biri sayılır. O zaman Molla Həsəni və yoldaşlarının mücadiləsi nəticəsində İslam İnqilabına qarşı çıxan kürd terrorçuları geri çəkilsələr də, xeyli azərbaycanlını vəhşicəsinə qətlə yetirmişdilər.
Mənbənin bildirdiyinə görə, Molla Həsəni həmin olaylarla bağlı bir kitab (“Sulduz Həmasəsi”) yazıb. O, kitabında yaraqlı kürdlərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərdən söz açıb. Mola Həsəni yazıb: “Vəhşilik o həddə olub ki, yazmaqla bitməz” .
“Baybak”-ın yazdığına görə, bu cinayətlərin məsuliyyətini Kürdüstan Demokrat Partiyası daşıyır. 1979-80-ci illərdə hazırlanan kürd terrorçuları, o zaman İran hakimiyyəti məsullarının yardımı ilə bölgədəki polis şöbələrinin bir çoxunu və hərbi bazanı ələ keçirərək, ağır silahlara sahib olmuşdular. Həmin silahlarla silahlanmış kürdlər Azərbaycan torpağına hücum edərək, “Böyük Kürdüstan” qurmağa qalxmışdılar.
Ancaq o illərdə Sulduz şəhərində Azərbaycan türkləri bu qüvvələrə niyyətlərini gerçəkləşdirməyə imkan verməmişdi.
“Baybak” əlavə edib ki, Molla Həsəninin həmin dövrdəki mücadiləsi Azərbaycan torpaqlarından başqa, islam inqilabı üçün idi. O zaman sünni müsəlman kürdlər şiə farslara düşmən sayılırmış.
Bu günlərdə ölkə məsullarının toplantısında çıxışı zamanı Molla Həsəni deyib: “Bəziləri bölgədə pantürkçülüyün genişləndiyini iddia edərək, bu prosesin qarşısının alınmasını lazım bilir. Mən isə deiyrəm ki, pankürdçülüyün qarşısında yalnız pantürkçülük dayana bilər”.
Sədrəddin Soltan

Oxşar yazılar

Ermənistanda ATIŞMA: yaralılar var
9 iyun 2025 , 03:02
Tramp-Mask qarşıdurması buna görə səngiyibmiş
8 iyun 2025 , 19:46
Bir gündə daha 108 nəfər öldü
8 iyun 2025 , 16:24
“Hörümçək toru” əməliyyatı ilə bağlı yeni məlumatlar: Rusiya əslində neçə təyyarə itirib?
8 iyun 2025 , 14:36
Məşhur aktyor 9 qadına qarşı cinsi zorakılıqda ittiham olunur
8 iyun 2025 , 13:34
Bu ölkədə müdafiə naziri dəyişdi
8 iyun 2025 , 13:13
Los-Ancelesdə iğtişaşlar - Tramp bölgəyə Milli Qvardiyanı göndərdi-YENİLƏNİB
8 iyun 2025 , 11:23