Vulkan 40 min nəfəri evsiz qoydu
Avqustun 29-da İndoneziyanın Sumatra adasındakı Sinabun vulkanı püskürməyə başlayıb.
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, 2460 metr hündürlükdəki vulkanın külü 0,5 kilometr hündürlüyə atılır, kateri yüksək temperaturlu lava ilə dolub. Yaxın saatlarda lavanın katerdən daşaraq axacağı gözlənilir.
40 min insan vulkan ətrafındakı yaşayış məntəqələrini tərk edib. Asma xəstəliyindən əziyyət çəkən iki nəfər həyatını itirib. İndoneziya hökuməti vulkan ətrafındakı 6 kilometr radiusdakı ərazini təhlükəli zona elan edib.

644