Məmurlar Tehrandan köçürülür
Həmədan, Təbriz, Qəzvin, Şiraz, Məşhəd və İsfahan indiki İranın qədim paytaxt şəhərləridir. 1775-ci ildə Ağa Məhəmməd şah Qacar Tehranı ölkənin başkəndi elan edib. Son illərdə paytaxtın yenidən köçürülməsi ilə bağlı fikrilər dolaşırdı. Ötən il İranın ali rəhbəri ayətulla Xamneyi paytaxtın Tehrandan köçürülməsi planını təsdiqlədi.
İran hökumətinin təmsilçisi Əhməd Bozorgian bildirib ki, Tehranda yaşayan 200 min dövlət məmuru paytaxtdan çıxarılacaq. Onun sözlərinə görə, paytaxtı tərk edəcək dövlət işçilərinin maaşları 25-50 faizə qədər artırılacaq.
Lent.az-ın GünAzTV-yə istinadən məlumatına əsasən, buraya silahlı qüvvələr, rəsmi dövlət işçiləri, müqavilə əsasında çalışanlar, bank, dövlət şirkətləri, sığorta və digər dövlət müəssisələrində çalışanlar daxildir.
Bundan öncə İran prezidenti Mahmud Əhmədinijat zəlzələ təhlükəsi ucbatından paytaxtdan 5 milyon nəfərin çıxarılmasının zəruriliyindən danışmışdı.
Onun dediyinə görə, Tehran əyalətində hazırda 13 milyon 700 min nəfərdən çox insan yaşayır və burada baş verə biləcək istənilən hadisəyə hazır olmaq lazımdır.
Sədrəddin Soltan

Oxşar yazılar

Tramp-Mask qarşıdurması buna görə səngiyibmiş
8 iyun 2025 , 19:46
Bir gündə daha 108 nəfər öldü
8 iyun 2025 , 16:24
“Hörümçək toru” əməliyyatı ilə bağlı yeni məlumatlar: Rusiya əslində neçə təyyarə itirib?
8 iyun 2025 , 14:36
Məşhur aktyor 9 qadına qarşı cinsi zorakılıqda ittiham olunur
8 iyun 2025 , 13:34
Bu ölkədə müdafiə naziri dəyişdi
8 iyun 2025 , 13:13
Los-Ancelesdə iğtişaşlar - Tramp bölgəyə Milli Qvardiyanı göndərdi-YENİLƏNİB
8 iyun 2025 , 11:23
Qorxunc iddia: Rusiya Ukraynada hökumət binalarına hücum planı hazırlayır
8 iyun 2025 , 08:47