“Sizi görüm vəba xəstəliyinə tutulasınız...”
İsrailin nüfuzlu din adamlarından olan 80 yaşlı Ovadia Yosef siniqoqda moizəsi zamanı fələstinlilərə və Fələstin Muxtariyyatının rəhbəri Mahmud Abbasa qarğış edib. Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, Ovadia Yosef fələstinliləri və Mahmud Abbası İsrailin amansız düşmənləri adlandırıb və onların vəbaya xəstəliyinə tutularaq yox olmalarını istəyib.
Qeyd edək ki, Ovadia Yosef hazırkı İsrail hökumətində koalisiya ortaqlarından olan radikal sağçı Şaş Partiyasının mənəvi lideri statusundadır.
ABŞ isə bu həftənin cümə axşamı Vaşinqtonda başlayacaq Fələstin-İsrail görüşlərindən əvvəl yəhudi din xadiminin belə qarğış etməsindən narazı qalıb. Ağ Evin sözçüsü Filip Krouli deyib ki, din xadiminin sözləri fələstinlilərin şərəf və ləyaqətini təhqir edir: “Bu təhqirlər sülh prosesinə də zərər verir”.
Qeyd edək ki, İsrail Nazirlər Kabineti də yazılı açıqlama yayaraq din xadiminin sözlərinin baş nazir Benyamin Netanyahunun mövqeyini əks etdirmədiyini vurğulayıb.

Oxşar yazılar

İsrail-İran arasındakı müharibədə HAKERLƏRİN ROLU
13 iyun 2025 , 14:07
İsrail ordusu Təbriz və Şirazı bombalayır - VİDEO
13 iyun 2025 , 14:00
Xamenei SEPAH-a yeni komandan təyin etdi - YENİLƏNİB
13 iyun 2025 , 12:48
İranda internetə məhdudiyyət qoyuldu
13 iyun 2025 , 11:18
Xamenei gecəni bunkerdə keçirib
13 iyun 2025 , 10:56
Altı nüvə alimi öldü - İsrail İran münaqişəsinin qurbanları
13 iyun 2025 , 10:03
İran İsrailə 100 dron buraxdı - VİDEO
13 iyun 2025 , 09:22