Bakiyevin tərəfdarları telekanalı ələ keçirdi
Qırğızıstanın sabiq prezidenti Kurmanbek Bakiyevin tərəfdarları ölkənin cənubundakı regional “JTR” televiziyasının binasını ələ keçiriblər.
Lent.az-ın "24.kg" agentliyinə istinadən verdiyi məlumata görə, bir qrup şəxs onlara efir vaxtı verilməsi tələbi ilə telekanalın direktoru Baktıkan Ajımamatovanın kabinetinə soxulub.
Qısa danışıqlardan sonra qrup üzvlərinin çıxışının videoyazı formasında efirə verilməsinə razılıq əldə olunub. Bu isə “JTR”in hər gün yerli vaxtla saat 18:00-dan gecə yarısınadək efirdə olması ilə əlaqədardır.
Bundan öncə Bakiyev tərəfdarlarının Cəlalabad vilayətinin inzibati binasını ələ keçirdikləri bildirilirdi. Onlar sabiq müdafiə naziri və Bakiyevin ən yaxın silahdaşı Bakıt Kalıyevin azadlığa buraxılması tələbinin yerinə yetirilməməsi səbəbindən bu addımı atdıqlarını iddia edirdilər. Kalıyev aprelin 15-də yeni hökumət tərəfindən həbs olunub. Eyni zamanda, Cəlalabaddakı mitinqdə Qırğızıstanın daxili işlər naziri səlahiyyətlərini icra edən Bolot Şərniyazov döyülüb. Şərniyazov ölkənin sabiq prezidentinin qardaşı Janıbek Bakiyevin tutulması istiqamətində xüsusi əməliyyata rəhbərlik etmək üçün regiona gəlib. Mitinqə toplaşan bütün vilayətin milisləri Şərniyazovun istefasını tələb ediblər.

Oxşar yazılar

Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək?
3 iyul 2025 , 01:38
İnanılmaz İDDİA: Deportasiya edilən adamyeyən təyyarədə özünü yedi
2 iyul 2025 , 18:02
50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49
Vertolyotdan qızılgül ləçəyi və pul səpələdilər
2 iyul 2025 , 05:13Qəddar edamlar və dəhşətli işgəncələr: HƏMAS Qəzzada müxalifəti necə məhv edir?
1 iyul 2025 , 19:59“Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktoru Ukraynada “arzuolunmaz şəxs” elan ediliblər
1 iyul 2025 , 19:26