Kurmanbek Bakiyevin qardaşının həbsi üçün əməliyyat keçirilir
Qırğızıstanın cənubundakı Cəlalabad vilayətində ölkənin sabiq prezidenti Kurmanbek Bakiyevin qardaşı Janıbek Bakiyevin tutulması istiqamətində xüsusi əməliyyat keçirilir.
Lent.az-ın məlumatına görə, müvəqqəti hökumətin baş nazirinin müavini Azimbek Beknazarov jurnalistlərə açıqlamasında Janıbek Bakiyevin verdiyi sözü yerinə yetirmədiyini və hökumətə təslim olmadığını bildirib.
Sabiq prezidentin qardaşının saxlanılması ilə bağlı xüsusi əməliyyata Qırğızıstanın daxili işlər naziri səlahiyyətlərini icra edən Bolat Şərniyazov başçılıq edir. Janıbek Bakiyev Qırğızıstanın Dövlət Mühafizə Xidmətinin rəhbəri olub. Ölkənin yeni hakimiyyəti onu aprelin 7-də Bişkekin mərkəzində nümayişçiləri güllələməyə əmr verməkdə ittiham edir.
Janıbek Bakiyevə qarşı “kütləvi qətl törətmə” maddəsi ilə cinayət işi qaldırılıb.

Oxşar yazılar

Hindistanda kimyəvi zavadda partlayış: 34 ölən var
1 iyul 2025 , 07:58
Bu uşaq üç ildir yemək yemir
1 iyul 2025 , 05:55
Qazaxıstanda niqab qadağan edildi
1 iyul 2025 , 03:42
İlon Mask yeni siyasi partiya yaratmaq istəyir
1 iyul 2025 , 02:25
157 milyonluq saat, ağlasığmaz dəbdəbə - Kadırovun oğlunun toyuna kimlər gəldi?-VİDEO
30 iyun 2025 , 21:44
İsrail İranda kimi məhv etməli idi – Əli Laricani təfərrüatları AÇIQLADI
30 iyun 2025 , 19:20
Putinin karteji üçün motosiklet hazırlayan intihar etdi
30 iyun 2025 , 16:39