Türmədə cəllad vakansiyası açılıb
Zimbabvedə ciddi rejimli türmədə cəllad vakansiyası açılıb. Lent.az-ın “Associated Press”ə istinadən verdiyi məlumata görə, yeni işçi axtarışına zərurət əvvəlki cəllad türməni tərk etdikdən sonra yaranıb.
O, ölkədə ölüm hökmlərini həyata keçirən yeganə şəxs olub. Ölüm hökmlərinin icraçısı cəzaları yerinə yetirmə xidməti və Ədliyyə Nazirliyi ilə müqaviləsi başa çatdıqdan sonra türməni tərk edib. Keçmiş həmkarlarının sözlərinə görə, ölüm hökmlərini edamla yerinə yetirən kişi vicdan əzabı çəkir.
Türmə rəhbərliyi hələlik cəllada əvəz tapa bilməyib. Artıq Zimbabve hökuməti ölkə sakinləri arasında yeni cəllad axtarışı haqda elan hazırlayıb. Namizədə xüsusi tələblər irəli sürülməyəcək. Gələcək cəllada orta təhsilli olması kifayətdir.
Qeyd edək ki, Zimbabvedə sonuncu dəfə ölüm hökmü 2004-cü ildə icra olunub. Ümumilikdə, Afrika ölkələrinin Böyük Britaniya müstəmləkəsindən qurtularaq, müstəqillik əldə etməyə başladıqları 1980-ci ildən Zimbabvedə 78 nəfər edam olunub. Hazırda ölümə məhkum olunanlar kamerasında hökmün icrasını 50 nəfər gözləyir.

Oxşar yazılar

Vertolyotdan qızılgül ləçəyi və pul səpələdilər
2 iyul 2025 , 05:13Qəddar edamlar və dəhşətli işgəncələr: HƏMAS Qəzzada müxalifəti necə məhv edir?
1 iyul 2025 , 19:59“Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktoru Ukraynada “arzuolunmaz şəxs” elan ediliblər
1 iyul 2025 , 19:26
Kim Çen Ina bənzərindən MESAJ: Özünü öldür və məni lider et
1 iyul 2025 , 19:20
Bu ölkədə qadınlar məcburi hərbi xidmətə cəlb olunacaq
1 iyul 2025 , 17:28
"II Qaregini Patriarxatlığı tərk etsin" - Paşinyan
1 iyul 2025 , 12:17
Hindistanda kimyəvi zavadda partlayış: 34 ölən var
1 iyul 2025 , 07:58