Ermənilər hərbi sənaye komplekslərini işə salmaq istəyirlər
Ermənistan hərbi sənaye kompleksini yaratmaq istiqamətində tədbirlərə start verir. Lent.az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, ötən gün baş nazir Artur Baqdasaryanın rəhbərliyi altında bu məqsədlə yaradılmış nazirliklərarası Komissiyanın ilk iclası keçirilib.
Toplantıda Ermənistan Hərbi Sənaye Kompleksinin (HSK) İnkişaf Konsepsiyası və HSK-nın fəaliyyətinə dəstək məqsədi ilə atılacaq addımlar müzakirə olunub. Konsepsiyanın yaxın 3 ay ərzində hazırlanmasına qərar verilib. Ermənistan və keçmiş sovet ölkələrinin müəssisələri arasında iqtisadi əlaqələrin dəstəklənməsinin vacib olduğunu qeyd edən A.Baqdasaryan HSK-nın başlıca məqsədinin müdafiə imkanlarının artırılması və silahlı qüvvələrin ölkənin öz hesabına təchiz edilməsi olduğunu vurğulayıb. O, rəhbərlik etdiyi nümayəndə heyətinin Rusiya və Belarusa səfərləri çərçivəsində bu sahədə ilk nəticələr əldə etdiyini və əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirildiyini deyib.
Qeyd edək ki, beynəlxalq hərbi mərkəzlərin hesabatlarına görə MDB ölkələrinin silahlı qüvvələri arasında ən çox xarici asılılığa malik olan Ermənistandır. Bu sırada sonrakı yerləri Tacikstan, Moldova və Qırğızıstan tutur. Ermənistanda bu göstərici 90%-dən çox təşkil edir.
Xatırladaq ki, 2000-ci illərin əvvəllərində Ermənistanın SSRİ-dən qalma bütün hərbi müəssisələri ölkənin borclarının silinməsi üçün Rusiyaya verilib. 2002-ci ildə dövlət borcunun müqabilində “Razdanmaş” QSC və “Mars” QSC – yə 56,29 mln. dollar, “İrəvan Riyazi Maşınlar Elmi Tədqiqat İnstitutu” QSC – yə 2,75 mln. dollar, “İrəvan avtomatlaşdırılmış idarəetmə sistemləri Elmi Tədqiqat İnsititutu” QSC -yə 3,37 mln. dollar, “İrəvan müşahidə cihazları Elmi Tədqiqat İnstitutu” QSC –yə isə 0,35 mln. dollar qiymət qoyularaq Rusiya şirkətlərinə “bağışlanıb”.
Rəşad

Oxşar yazılar

Tramp-Mask qarşıdurması buna görə səngiyibmiş
8 iyun 2025 , 19:46
Bir gündə daha 108 nəfər öldü
8 iyun 2025 , 16:24
“Hörümçək toru” əməliyyatı ilə bağlı yeni məlumatlar: Rusiya əslində neçə təyyarə itirib?
8 iyun 2025 , 14:36
Məşhur aktyor 9 qadına qarşı cinsi zorakılıqda ittiham olunur
8 iyun 2025 , 13:34
Bu ölkədə müdafiə naziri dəyişdi
8 iyun 2025 , 13:13
Los-Ancelesdə iğtişaşlar - Tramp bölgəyə Milli Qvardiyanı göndərdi-YENİLƏNİB
8 iyun 2025 , 11:23
Qorxunc iddia: Rusiya Ukraynada hökumət binalarına hücum planı hazırlayır
8 iyun 2025 , 08:47