Lex Kaçinki: məhbəsdən çıxıb prezident olan əkiz qardaş – ÖMÜR YOLU
Lent.az bu gün təyyarə qəzasında ölən Polşa prezidenti Lex Kaçinskinin tərcümeyi-halını təqdim edir.
Lex Kaçinski 18 iyun 1949-cu ildə Varşavada anadan olub. Varşava Universitetini bitirib. Bundan sonra Qdansk Universitetində namizədlik və doktorluq dissertasiyaları müdafiə edib, professor adı alıb. 1977-ci ildən Fəhlələri Müdafiə Komitəsi, 1978-ci ildən Qdansk Azad Həmkarlar İttifaqlarının Təsis Komitəsi ilə əməkdaşlıq edib. 1980-ci ilin avqustundan Qdansk Zavodlararası Tətil Komitəsinin müşaviri kimi fəaliyyət göstərən Lex Kaçinski 1981-ci ildə “Həmrəylik” Müstəqil Həmkarlar İttifaqlarının 1-ci Ümumpolşa qurultayına nümayəndə seçilib. Polşada hərbi vəziyyət elan olunduqdan sonra Lex Kaçinski həbs edilir. Lex Valensa ilə sıx əməkdaşlıq edən L.Kaçinski “Həmrəylik” hərəkatının gizli Müvəqqəti Koordinasiya Komissiyasının katibi vəzifəsini icra edirdi. O, 1988-ci ildən Lex Valensa yanında Mülki Komitənin, 1989-cu ildən isə “Həmrəylik” hərəkatının Ümumpolşa İcraiyyə Komitəsinin Rəyasət Heyətinin üzvü idi. 1989-cu ildə senator, iki il sonra isə Polşa Seyminin deputatı seçilib.
Lex Kaçinskinin 1990-cı ildə əkiz qardaşı Yaroslavla birlikdə yaratdığı Mərkəzçi Qüvvələr Partiyasının əsas məqsədi azad seçkilər keçirilməsinə və Lex Valensanın prezident seçilməsinə nail olmaqdan ibarət idi. 1991-ci ildə L.Kaçinski nazir statusu ilə prezident Valensanın Dəftərxanasında Milli Təhlükəsizlik İdarəsinə rəhbərlik edirdi. O, 1992–1995-ci illərdə Ali Nəzarət Palatasının sədri, 2000-ci ildə Yeji Buzek hökumətində ədliyyə naziri olub.
2001-ci ildə “Hüquq və ədalət” partiyasına rəhbərlik edən Kaçinski yenidən Seymin deputatı seçilir. Prinsipial, işgüzar, ədalətli siyasi xadim kimi şöhrət qazanmış Kaçinski 2002-ci ildə Varşavanın prezidenti (meri) seçilib və dövlət başçısı kimi and içənə qədər bu vəzifədə çalışıb.
2005-ci ilin martında Lex Kaçinski Polşa Prezidenti vəzifəsinə öz namizədliyini sürəcəyini rəsmən elan edib. Həmin vaxt çoxları bu fikirdə idi ki, “Hüquq və ədalət” partiyasının seçkilərdə qalib gələcəyi təqdirdə Lex Kaçinskinin qardaşı Yaroslav baş nazir vəzifəsini tutacaq. 2006-cı ildə bu fikir gerçəkləşdi.
2005-ci il oktyabrın 9-da Lex Kaçinski və Donald Tusk prezident seçkilərində daha çox səs toplayaraq ikinci tura qatıldılar. Oktyabrın 23-də keçirilən ikinci turda Lex Kaçinski səslərin 54,04 faizini toplayaraq Polşa Prezidenti seçildi.
Polşa Prezidentinin həyat yoldaşı Mariya Lexa iqtisadçı idi. Bir qızı və nəvəsi var. Lex Kaçinski yüksək şəxsi keyfiyyətləri, dövlətçilik mövqeyi, zəngin təcrübəsi, həmçinin siyasətçi-qanunverici, dövlət təhlükəsizliyinin keşikçisi imici sayəsində ölkədə böyük hörmət və nüfuz qazanmışdı.
O, Azərbaycanda rəsmi səfərdə olub.

602