Katolik dünyasını şoka salan xəbər
Uşaqlara kilsədə cinsi təcavüzlə bağlı məhkəmədə Roma Papası XVI Benediktin adı çəkildi
Vatikana bağlı olan və müxtəlif ölkələrdə yerləşən katolik kilsələrinin yepiskopların, keşişlərinin uşaqlara cinsi təcavüzü ətrafında yaranan qalmaqal böyüyür.
Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, ABŞ-da yepiskopların, keşişlərin cinsi təcavüzünə məruz qalmış uşaqları müdafiə edən vəkil Villiam McMurry məhkəmədə vəsatətlə çıxış edib.
Vəkil deyib ki, XVI Benedikt kardinal olduğu dönəmdə Almaniyada kilsələrdə baş verən qalmaqallara görə məsuliyyət daşıyır və məhkəmədə ifadə verməlidir: Roma Papasının kardinallığı dövründə baş verən cinsi təcavüz olaylarını və faktlarını ort-basdır edilməsində məsuliyyəti var. Vatikanın kilsələrinin imicinin zədələnməməsi üçün uzun müddət səssiz qalması bu kimi olaylara rəvac verib. XVI Benedikt Roma Papası olmamışdan əvvəl kardinal kimi bu məsələlərdən xəbərdar olub. Onun əlində uşaqlara cinsi təcavüzlə bağlı faktlar var. ABŞ-dakı belə olaylarının ört-basdır edilməsində də onun xüsusi məsuliyyəti var.
Ancaq Vatikanın vəkili Giuseppe dalla Torre deyib ki, Roma Papası XVI Benedikt toxunulmazdır və ifadəsi alına bilməz: “Roma Papası dövlət başçısı kimi diplomatik toxunulmazlığa sahibdir. Digər tərəfdən, məsələyə bir şirkət problemi kimi yanaşmaq da səhvdir. Yepiskoplar kilsə rəhbərləri kimi hüquqi və idarəetmə baxımından tam səlahiyyət sahibidirlər. Onların günahlarına görə Roma Papası günahkar sayıla bilməz”.

Oxşar yazılar

İnanılmaz İDDİA: Deportasiya edilən adamyeyən təyyarədə özünü yedi
2 iyul 2025 , 18:02
50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49
Vertolyotdan qızılgül ləçəyi və pul səpələdilər
2 iyul 2025 , 05:13Qəddar edamlar və dəhşətli işgəncələr: HƏMAS Qəzzada müxalifəti necə məhv edir?
1 iyul 2025 , 19:59“Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktoru Ukraynada “arzuolunmaz şəxs” elan ediliblər
1 iyul 2025 , 19:26
Kim Çen Ina bənzərindən MESAJ: Özünü öldür və məni lider et
1 iyul 2025 , 19:20