Qadının bank hesabına 88 milyard dollar köçürüldü
01 aprel 2010 15:30 (UTC +04:00)

Qadının bank hesabına 88 milyard dollar köçürüldü

Bir anda milyarder olan qadın bazarlıq etmək üçün pul tapmır


ABŞ-ın Virciniya ştatında yaşayan Stefanie Hikman bu gün səhər alış-veriş etmək fikrinə düşüb.


Lent.az-ın Amerika mətbuatına istinadən verdiyi məlumata görə, qadın yolüstü bankomatda hesabını yoxlayarkən şoka düşüb. Məlum olub ki, onun hesabında 88 milyard dollar var. Bu pulu xərcləmək yerinə Stefanie əri ilə birgə hesabının olduğu “SunTrust” bankını arayıb. Ancaq bank işçiləri bu pulun hesaba necə köçdüyünü və vəziyyəti necə yoluna qoyacaqlarını açıqlaya bilməyiblər. Bank işçiləri çıxış yolunu müvəqqəti olaraq Stefanie Hikmanın hesabını gələn həftənin birinci gününə qədər dondurmaqda görüblər.


Stefanie isə bu vəziyyətdən narazı qalıb: “Demirəm ki, 88 milyard dollar bizimdir. Ancaq bu pulun ən azı 150 dolları bizimdir və biz indi bu puldan da istifadə edə bilmirik. Biz bu həftəni pulsuz keçirmək məcburiyyətində qalmışıq”.

“SunTrust” bankı problemi çözməyə çalışdığını açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 851

Oxşar yazılar

Özbəkistanda zəlzələ  oldu

Özbəkistanda zəlzələ oldu

6 iyul 2025 , 20:43
Məşhur döyüş təyyarəsinin istehsalı dayandı

Məşhur döyüş təyyarəsinin istehsalı dayandı

6 iyul 2025 , 19:38
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

6 iyul 2025 , 18:36
İlon Mask, amerikalı iş adamı

Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu-YENİLƏNİB

6 iyul 2025 , 18:35
Çin və Aİ arasında yeni qalmaqal

Çin və Aİ arasında yeni qalmaqal

6 iyul 2025 , 16:06
Bu ölkədə güclü zəlzələ oldu

Bu ölkədə güclü zəlzələ oldu

6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı

Qonşu ölkədə təyyarə qəzaya uğradı

6 iyul 2025 , 09:49
Xamenei müharibədən sonra ilk dəfə insanların qarşısına çıxdı

Xamenei müharibədən sonra ilk dəfə insanların qarşısına çıxdı

6 iyul 2025 , 07:30