Məxfi görüşün detalları açıqlandı
30 avqust 2010 11:16 (UTC +04:00)

Məxfi görüşün detalları açıqlandı

İyunun sonunda Brüsseldə Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu və İsrailin sənaye və ticarət naziri Benjamin Ben Eliezer arasında keçirilən görüşün təfərrüatları məlum olub.


Lent.az-ın İsrailin ən çox satılan qəzetlərindən olan “Yedioth Ahronot”a istinadən verdiyi məlumata görə, bu barədə qəzetə adı açıqlanmayan Türkiyə Xarici İşlər Nazirliyinin yüksək səviyyəli diplomatı məlumat verib. Diplomat bildirib ki, Türkiyə və İsrail münasibətlərinin normallaşması üçün Ankaranın irəli sürdüyü şərtlərdən yalnız 2-si yerinə yetirilməmiş qalıb. Söhbət İsrailin Türkiyədən üzür istəməsindən və Qəzza sektoruna humanitar yardım aparan “Mavi Marmara” gəmisinə basqın zamanı ölən türklərin ailələrinə təzminat verilməsindən gedir. İsrailin BMT tərəfindən olayla bağlı araşdırma aparılmasına icazə verməsi ilə önəmli addım atdığını dilə gətirən türk diplomat qeyd edib ki, ölənlərin ailələrinə veriləcək təzminatın həcmi İsrailin insafına buraxılıb.


Türk diplomat İsrailin Türkiyədən üzür istəməsi ilə bağlı Brüsseldə keçirilən gizli görüş zamanı Əhməd Davudoğlu və Benjamin Ben Eliezer arasında Ankaraya göndəriləcək məktubun mətninin də hazırlandığını ilk dəfə açıqlayıb. O, İsrail Nazirlər Kabinetində nazirlərin birinin veto qoyması səbəbindən ötən iki ayda bu məktubun təsdiqlənərək Türkiyəyə göndərilmədiyini də nəzərə çatdırıb.


“Yedioth Ahronot” qəzeti həmin şəxsin İsrail xarici işlər naziri Avigdor Lieberman olduğunun güman edildiyini yazıb.


Türk diplomat qəzetə açıqlamasında onu da vurğulayıb ki, Qəzza sektoruna yardım göndərən İİH təşkilatı ilə Türkiyə hökuməti olaydan əvvəl təmasa keçib və gəmilərin Qəzza sektoruna girməməsini, İsrailin Aşdot limanına yönəlməsini istəyib. İİH bununla bağlı Türkiyə hökumətinə qarantiya verib: “Bu məlumatı İsrail rəsmilərinə də çatdırdıq. Ancaq israillilər aqressiv davrandılar. Bəlkə də İsrail Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi arasında bir koordinasiya problemi olduğu üçün bunlar yaşandı...”
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 642

Oxşar yazılar