Pulsuz dolanan adamın hekayəsi
İngiltərədə yaşayan 31 yaşındakı Mark Boyl 2008-ci ilin noyabr ayından pulsuz dolanır. «Daily Telegraph « qəzeti yazır ki, Mark Boyl Bristol yaxınlığındakı tarlada yaşayır. Yediklərini özü əkib becərir, odun sobası yandırır, elektrik mənbəyi kimi Günəş batareyalarından istifadə edir.
Cib telefonu ancaq gələn zənglər üçün açıqdır, bir də günəş enerjisi ilə işləyən noutbuku var.
Mark Boyl 6 ildir ki, vegetariandır. O deyir ki, günlərin bir günü öz dostu ilə sahibkarların adamları ucuz işçi kimi işlətməsindən, ətraf mühitin çirklənməsindən, müharibələr və dünyadakı başqa problemlər haqqında danışırmış:
«Onda bütün bunların kökündə pulun dayandığını qənaətinə gəldim. Elə həmin andan puldan əl çəkmək qərarı verdim».
Mark Boyl bundan sonra Bristoldakı evini satır və işdən çıxır. Pulla aldığı hər şeyin siyahısını tutur. Bunların yerinə nədən istifadə edə biləcəyi düşünür. Axtarır və tapır.
Dişlərini yumaq üçün razyana toxumlarından və diş fırçası kimi balığın kiçik sümüklərindən istifadə edir. iPod kimi şeyləri yadından çıxarıb, onun yerinə quş səslərini dinləyir.
Mark Boyl etiraf edir ki, pulsuz hər şey daha çox vaxt aparır, adam daha çox axtarışlarda olur. O, paltarlarını soyuq suda yuyur. Paltar yumaq üçün kimyəvi maddə yerinə sobasında qaynatdığı qabıqlı yemiş suyundan istifadə edir. Paltar yuması 2 saat çəkir. Ancaq o, həyatından çox razı olduğunu, həyatını belə davam etdirəcəyini bildirir.
Deyir ki, əvvəllər heç vaxt indiki kimi rahat yaşamayıb:
«Uşaqlığım normal keçib. Ailə üzvlərim əvvəl mənim bu hərəkətlərimdən təəccübləndi. Ancaq indi məni dəstəkləyirlər, fikirləşirlər ki, onlar da mənim kimi yaşaya bilərlər».
Mark Boyl Şimali İrlandiyada böyüyüb. Orada dostlarını nəyəsə qonaq etmək kişiliyin göstərici sayıldığından indi də o, dostlarını yaşadığı yerə dəvət edir. Onları ocaq başında özünün hazırladığı alma şərabına qonaq edir.
Mark Boyl «Pulsuz adam: 1 illik qənaətcili həyat» («The Moneyless Man: A Year of Economic Living») adlı kitab da yazıb.
Mark Boyl deyir ki, onunla çox az qadın maraqlanır. Hazırda isə o, təkdir. Təkcə bir səbəb - vegetarian olması özünə uyğun qadın tapmasına çox mane olur. Deyir ki, pulsuzluğu özünə dərd etmir. Özü kimi pulsuz yaşamaq istəyən bir qadın tapsa, özünü bəxtəvər sayar.
Azadlıq radiosu

621