Amerikalı əsgər taliblərə təlim keçir
“Taliban” silahlıları, o cümlədən Əfqanıstan kəşfiyyatı ABŞ ordusunun 2009-cu ilin iyununda əsir düşmüş 24 yaşlı sıravi əsgəri Bou Robert Berqdalın bu gün taliblərə bomba hazırlamaq və pusquda hücuma keçməklə bağlı təlim keçdiyini bildirir. Lent.az-ın “The Sunday Times” qəzetinə istinadən verdiyi məlumata görə, Bou Robert Berqdal yeganə əsir düşmüş ABŞ əsgəridir. O, İslam dinini qəbul edib və Abdulla adını götürüb.
Paktika əyalətindəki taliblərin komandiri Naci Nadim də telefonla verdiyi müsahibədə deyib ki, amerikalı onlara mobil telefonla davranmağı, telefondan uzaq məsafədən bomba partlayışı törətmək üçün istifadə etməyi öyrədib. Naci Nadim onu da əlavə edib ki, Bou Robert Berqdalın söylədiklərinin çoxu öncədən taliblərə bəlli olub. “Taliban” komandiri bildirib ki, amerikalı əsgərin İslamı qəbul etməkdə yeganə məqsədi boynunun vurulmasından qaçmaq olub.
Qeyd edək ki, keçən ilin dekabrında “Taliban” internet saytlarında Bou Robert Berqdalın müraciətini yayıb. Amerikalı əsgər müraciətində həmvətənlərini Əfqanıstandan getməyə çağırır və Aydaxodakı evlərinə qayıtmağı arzuladığını bildirir.

718