İranda istehsal olunan plastmas məhsullarının keyfiyyətinə təminat azalacaq
Avropanın ən iri şirkətlərindən biri – “LyondellBasell Industries NV” İran İslam Respublikası ilə ticarət əlaqələrini dayandırdığını bildirib. Lent.az-ın məlumatına görə, bu şirkət plastmas və kimya sənayesinin digər sahələri üzrə ixtisaslaşıb. Şirkətdən bildiriblər ki, onlar yalnız İranla deyil, habelə Suriya və Sudanla da ticarət əlaqələrini kəsiblər.
Müəssisə rəhbərliyi bu addımını həmin dövlətlərə qarşı tətbiq edilən beynəlxalq sanksiyalar çərçivəsində tətbiq olunduğunu bildirib. “LyondellBasell Industries NV” şirkəti rəhbərliyinin dediyinə görə, yaxın zamanlarda Nyu-York birjasında da bu istiqamətdə uyğun fəaliyyət göstərəcəklər. Onlar həm də ABŞ-ın qadağalarına məruz qalmaq istəmədiklərini etiraf ediblər.
Məlumata əsasən, şirkət İran, Suriya və Sudanı istehsal texnologiyasının lisenziyası üzrə dəstəkləyirmiş. Bu o, deməkdir ki, artıq adları çəkilən dövlətlərin istehsal etdiyi plastmas və başqa kimyəvi məhsulların keyfiyyətinə etibar edilməyəcək.
İsveçrəniin “EGL” energetika qrupu isə “sanksiyalara əməl etməməsi” haqda ünvanına deyilən tənqidləri təkzib edib. Qurumdan bildiriblər ki, İslam Respublikasının Neft Şirkəti ilə təbii qaz tədarükünə dair 18 milyardlıq müqavilə imzalayıblar. ABŞ Konqresinin qənaətinə baxmayaraq, bu anlaşma Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyalara düşməyib.
Qeyd edək ki, demokratiyanı müdafiə fondunun icraçı direktoru Mark Dubovits “EGL”in sözügedən anlaşmasını sanksiya rejimini pozanların siyahısına daxil etməklə yanaşı, quruma “dərs vermək” üçün onun ABŞ hakimiyyətinin “Credit Suisse”i əsasında 536 milyon dollar məbləğində cərimələnməsini istəyib.
“EGL”nin mətbuat katibi Lili Fray məsələyə belə münasibət bildirib: “Biz bütün qaydalara əməl etmişik. Ona görə də sanksiyalar siyahısına düşməyimiz haqsızlıq olardı”.
Xatırladaq ki, bir neçə ilə öncə İsveçrə İranla neft-qaz sahəsində əməkdaşlığa dair müqavilə imzalayanda ABŞ və İsrail bu addımı pisləmişdi.
Sədrəddin Soltan

603