I Dünya Müharibəsində ölən əsgərin cəsədi tapıldı
İtaliyada həvəskar bir tarixçi I Dünya Müharibəsində iştirak etmiş əsgərin cəsədini tapıb. Lent.az-ın “Haber Türk”ə istinadən verdiyi məlumata görə, Dino De Bernardin adlı tarixçinin tapdığı cəsəd buzun içində donmuş halda olub.
Dino De Bernardin əsgər cəsədini 1915-1917-ci illərdə İtaliya ilə Avstrya-Macarıstan İmperiyasının əsgərləri arasında şiddətli müharibəyə səhnə olmuş bölgədə gəzişdiyi zaman aşkar edib. O, çürüyən əsgər cəsədini, həmin dövrə aid çəkmə və uniforma tapıb. Cəsədin 2 min 800 metr yüksəklikdə buzun əriməsi nəticəsində ortaya çıxdığı bildirilir.
I Dünya Müharibəsi araşdırmaçısı olan Dino De Bernardin tapdığı cəsədin ömrünün ən böyük tapıntısı, araşdırmalarının ən iri hissəsi olduğunu söyləyib.

927